Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”la “Neftçi”nin yerdəyişmələri: Baş məşqçilərdən mətbuat katibinədək

Azərbaycan Premyer Liqasının XV turu tarixi derbi ilə əlamətdar olacaq.

"Report"un məlumatına görə, çempionluq yarışını yaxından maraqlandıran oyunda bu gün lider "Qarabağ"la ən yaxın izləyicisi "Neftçi" üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç komandalar arasında ölkə çempionatında 82-ci duel olacaq. Bunadək baş tutmuş 81 qarşılaşmanın 30-da Ağdam klubu, 21-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 oyunda isə qalib müəyyənləşməyib.

"Report" vacib oyun öncəsi hazırda hər iki komandanın heyətində yer alan sabiqlərlə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, "Qarabağ"ın məşqçilər heyətindəki mütəxəssislərdən 4-ü vaxtilə futbolçu kimi "Neftçi"nin formasını geyinib. Baş məşqçi Qurban Qurbanov 1996 - 1998, 2001 və 2004 - 2005-ci illərdə flaqmanın heyətində çıxış edib. O, həmçinin 2006-2007-ci illərdə "ağ-qaralar"a başçılıq edib. 49 yaşlı mütəxəssis 2008-ci ildən "köhlən atlar"ın uğurları üçün çalışır.

Qurbanovun əsas köməkçisi Elçin Rəhmanov da əvvəllər "Neftçi"də çıxış edib. Veteran yarımmüdafiəçi 1998-1999 və 2001 - 2007-ci illərdə bu komandada oynayıb. 42 yaşlı məşqçi 2009-cu ildən "Qarabağ"da işləyir.

"Qarabağ"ın digər məşqçisi Zaur Tağızadə 2004 - 2010-cu illərdə "Neftçi"nin şərəfini qoruyub. "Qızıl oğlan" ləqəbli keçmiş hücumçu 2011-ci ildən Qurban Qurbanovun köməkçisidir.

Ağdam klubunda qapıçılar üzrə məşqçi olan Elxan Həsənov isə 1985 - 1990, 1993 - 1997, 1998, 2001 və 2002-2003-cü illərdə ağ-qara formanı geyinib. O, 2009-cu ildən “Qarabağ”da qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərir.

Hazırda "Neftçi"yə rəhbərlik edən Samir Abasov futbolçu karyerasında hər iki klubda çıxış edib. 2003-2004-cü illərdə Bakı klubunda oynamış veteran müdafiəçi 2004-2005, 2006-2007 və 2010-2011-ci illərdə "Qarabağ"ın futbolçusu olub.

Sabiqlərin siyahısında futbolçular da az deyil. "Qarabağ"ın qapıçısı Emil Balayev 2010-2011, 2012-2013 və 2013-2014-cü illərdə flaqmanın şərəfini qoruyub. 27 yaşlı qolkiper 2020-ci ildən Ağdam təmsilçisində oynayır.

2018-ci ildə "Qarabağ"a transfer olunmuş müdafiəçi Rahil Məmmədov 2015 - 2017-ci illərdə "Neftçi"də çıxış edib.

2017-ci ildən "ağ-qaralar"ın formasını geyinən Namik Ələskərov isə vaxtilə "Qarabağ"da top qovub. 26 yaşlı yarımmüdafiəçi 2014 - 2016-cı illərdə bu komandanın üzvü olub.

Həmçinin bu yaxınlarda "Qarabağ"ın Mətbuat xidmətionin rəhbəri vəzifəsinə təyinat alan telejurnalist Gündüz Abbaszadənin də "Neftçi" ilə yolları kəsişib. O, 2011 - 2015-ci illərdə Bakı təmsilçisində analoji vəzifəni yerinə yetirib.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar