Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydərovların Palma adaları və 300 hektarlıq möhtəşəm Şuşa - Sənədlərin izi ilə

Ötən ay Dövlət Vergi Xidməti Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Auto UEI Azerbaijan” şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumat yaymışdı. Sözügedən şirkət 2013-cü ildə qeydiyyatdan keçsə də, 2015-ci ildə UEI AUTOMOTİVE HOLDINGS LIMITED adı ilə Dubaya transfer edilib. Başqa sözlə Azərbaycanda ləğv edilən sadəcə şirkətin quru adıdır. “United Enterprises International Ltd” 2009-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun təsisçiliyi ilə qeydiyyatdan keçib.

PİA.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda deyilir:

Dubai BOX 58075 ünvanında qeydiyyatda olan UEI AUTOMOTİVE HOLDINGS LIMITED offşor şirkəti Fövqəladə hallar nazirinə məxsus “United Enterprises International Ltd” tərəfindən təsis edilib və onun adından çıxış etmək hüququ Britaniya vətəndaşı Robert John Baker həvalə edilib. Bu şirkət üzərindən Birləşmiş Ərəb Əmirliklərində, JAFZA offşor zonasında nizamnamə kapitalı 1000 dinar olmaqla UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİTED təsis edilib. Şirkətin idarəçiliyini Dubaydakı AL SUWAİDİ & COMPANY həyata keçirir. Sənədlərə görə səhmlərin 990-ı UNİTED ENTERPRİSES MİDDLE EAST LİMİTED-ə, 10-u isə AL SUWAİDİ & COMPANY hüquq və menecment şirkətinin təmsilçisi qismində Hindistan əsilli SUNEER KUMAR-a məxsusdur.

Heydərovları CƏBƏL ƏLİ offşor zonasına cəlb edən isə Cəbəl Əli Palmasıdır. Söhbət süni yaradılmış Palma adalarından gedir. Fövqəladə hallar nazirinin burada daşlnmaz əmlakının olduğu barədə məlumatlar var.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən əldə edilən Dubaydakı mülklərin 2014-2016-cı illərdəki məlumat bazasında göstərilir ki, fövqəladə hallar nazirinin övladları Nicat və Tale Heydərovlar Palma adalarında 33 milyon dollar dəyərində 9 dəbdəbəli mülkə sahibdirlər.

Sizcə 300 hektarlıq Şuşa Heydərovlar üçün neçə villa demək idi?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar