Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda qətl: Hikmət və Cabir kirayə qaldıqları evdə Rasim Qocamanı niyə vurdu...

İstanbulda kirayə qaldıqları evdə tanışlarını qətlə yetirən iki Azərbaycan vətəndaşı polisin keçirdiyi əməliyyatla bir gün sonra yaxalayıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən həftənin cümə günü İstanbulun Mecidiyeköy Məhəlləsində Azərbaycan vətəndaşları Cabir R. (24 yaş) və Hikmət T. (28 yaş) Türkiyə vətəndaşı Rasim Kocamanla birlikdə gündəlik haqq ödəməklə kirayə ev tutublar. Səhər saat 07.50 radələrində üç tanış arasında pul məsələsinə görə mübahisə başlayıb. Ardınca evdən silah səsi gəlib.

Həmin binada yaşayan qonşular silah səsini eşidərək polis və təcili tibbi yardıma xəbər veriblər. Hadisə yerinə gələn polis və təcili yardım işçiləri Rasim Kocamanın boynundan vurularaq hadisə yerində həyatını itirdiyini təsbit ediblər.

Polis şübhəlilərdən Cabir R.-i evində yaxalayıb. Digər şübhəlini yaxalamaq üçün videomüşahidə kameralarının görüntülərini araşdırıblar və Hikmət T.-ni Kocaelinin Darıca rayonunda cinayətdə istifadə olunan silahla yaxalayıblar.

Hər iki şübhəli ilkin dindirmədə bir-birlərini günahlandırıblar və Rasim Kocamanı “səhvən öldürdüklərini” deyiblər. Araşdırma zamanı Hikmət T.-nin müxtəlif cinayətlərə adı qarışdığı təsbit edilib, Cabir R.-in isə Türkiyədə qalmaq icazəsinin, pasportunun və şəxsiyyətini təsdiq edən hər hansı digər sənədinin olmadığı üzə çıxıb. Onun üstündən ancaq doğum şəhadətnaməsi çıxıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ən çox oxunanalar