Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin nəzdində fəaliyyət göstərən Data Mərkəzi əsasında “Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq.

Bu barədə “Report” Nazirliyə istinadən xəbər verir.

Bu işlər “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu (G-cloud) konsepsiyası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə hazırlanmış keçid planına əsasən həyata keçirilir.

“Hökumət buludu”nun coğrafi ehtiyatlılığını, dayanıqlı fəaliyyətini, arxivdən bərpasının təmin edilməsini və kiberhücumlar, fövqəladə hallar, hərbi vəziyyət zamanı məlumatların qorunmasını Milli Data Mərkəzi təmin edəcək. Bu mərkəz mühafizə olunması həyat təminatlı və mühüm əhəmiyyətli kritik infrastrukturdur.

Hazırda layihənin infrastrukturu hazırlanır və keçid planına uyğun olaraq dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası başlanacaq.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda həyata keçirilir. Sözügedən layihə informasiya sistemlərinin dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, “bulud” xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatın əldə edilməsinə imkan verən “bulud hesablama texnologiyası”dır. Bu texnologiyanın tətbiqi dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanılmasını, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırılmasını təmin edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

Ən çox oxunanalar