Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkiləri və barlardan dünyaya yön verən böyük gizli xidmət şəbəkəsi...

Amerikada qurulmuş çox güclü və təhlükəli bir əlaqələr şəbəkəsi var və qarşıdakı günlərdə onların nələr edəcəyi və yeni rəhbərliklə necə münasibətlər quracağı həm Amerikanın, həm də dünyanın gələcəyini müəyyənləşdirəcək...

Serdar Turqut
“Habertürk” qəzeti, Türkiyə, 6 noyabr 2020-ci il

Seçki gecəsi Amerikadakı Milli Təhlükəsizlik Agentliyi həmişəki kimi, demək olar, ölkənin hər yerində vətəndaşların səslərini dinləyirdi. Obamadan əvvəl qurulmağa başlayan bu nəhəng sistem Obama dövründə Üsəma bin Ladeni təqib edərkən qlobal səviyyədə mükəmməlləşdirilmişdi. Nəticədə, dünya səviyyəsində nə qədər telefon danışıqları və internet yazışmaları aparılırsa, hamısını eyni vaxtda izləməyə başladılar.

Bu çıxışlardan birində terror, silah və ya digər təhdid mənasına gələn sözlər işlədilibsə, həmin nitqi söyləyənlər dərhal qeyd edilib, təqib edilməyə başlanırdı. Terrorizmə qarşı müharibə maskası ilə gəzsələr də, bu totalitar sistem, əslində, Corc Oruellin “1984” romanımda təsvir etdiyi Böyük Qardaş (Big Brother) konsepsiyası ilə izah etdiyi, fərdlərin hər düşüncəsini, hər addımını idarə etməyə əsaslanan demokratiya əleyhinə bir sistem idi.

Bu səbəbdən, Milli Təhlükəsizlik Agentliyinin agenti olan Eduard Snoden bu sistemə reaksiya verərək oğurladığı məlumatlarla birgə Rusiyaya sığınmışdı. Bir müddət sonra Rusiyanın da bu məsələlərdə ABŞ-dan daha təmiz olmadığını görsə də, artıq gec idi, ABŞ-ın sirləri Moskvanın əlinə keçmişdi.

Gizli sistem nəzarətdən çıxdı

Bu qısa tarixi ona görə izah edirəm ki, bu gün Amerikanın milli təhlükəsizlik cəmiyyəti olduqca böyükdür. Milli təhlükəsizliklə bağlı olan 17 ayrı dövlət qurumu var. Onların ümumi büdcəsi sonuncu dəfə 82 milyard dollara çatmışdı. Bu nəzarətsiz sistemdə, demək olar ki, yüz minlərlə insan çalışır. Öz aralarında qurduqları qeyri-rəsmi rabitə sistemləri vasitəsilə daim ünsiyyətdədirlər. Heç biri seçilmiş insanlar olmasalar da və onlar üzərində çox böyük bir demokratik nəzarət olmasa belə, cəmiyyəti idarə etmək və lazım gələrsə müdaxilə etmək imkanlarına sahibdirlər. Bu gizli Amerikanı tanımadan nə cəmiyyəti, nə də dövləti anlamaq olar.

Bunlar niyə bu qədər vacibdirlər?

Amerikada seçkilərin rəsmi nəticəsinin əldə ediləcəyi bu günlərdə sözügedən təhlükəsizlik cəmiyyətinin nə üçün vacib olduğunu başa düşmək lazımdır. Prezident kreslosunda kim oturur otursun, bu cəmiyyəti nəzarətə götürməli və onların dövlət kanallarından kənara çıxmalarının qarşısını almalıdır. Təhlükənin dərəcəsini izah etmək üçün keçmişdə bu nəzarəti itirən Con F. Kennedinin başına gələnləri xatırlamaq kifayətdir.

Nəzarət yenidən qurula bilərmi?

Prezident olduğu dövrdə Tramp bu cəmiyyətə nəzarət mexanizmlərini darmadağın etdi. Buna görə də, hazırda kimin harada nə etdiyi bəlli deyil. Hər bir quruluş ara-sıra qanunsuz işlər görsəl də, buna kimin ona nəzarət edəcəyi bəlli deyil.

Trampın nəzarətsiz qoyduğu bu sistem elə buna görə son dərəcə təhlükəli və hətta silahlı qarşıdurmalara girəcək qədər fanatik olan ifrat sağçı və evangelist qruplarla işbirliyinə başlayıb. Dövlət qurumları isə bəzən öz qanunsuz işlərini bu qruplara gördürəcək həddə çatıblar.

Vaşinqtonda vəziyyət nədir?

Bayden əgər prezident kreslosuna otursa, hər an təhlükəli işlər görməyə qadir olan və hədsiz dərəcədə böyüyən sistemi necə nəzarət altına alacağı bilinmir. Buna görə də əminəm ki, Vaşinqton elitası hazırda Baydenin rəsmi olaraq prezident kürsüsünə əyləşdikdə kimi milli təhlükəsizlik müşaviri təyin edəcəyini gözləyir. Bu şəxs sayılan və cəmiyyət tərəfindən qəbul edilən bir sima olsa, o zaman Baydenin nəzarəti ələ alması mümkün ola bilər.

Nələr baş verə bilər?

Bu sistem ən qısa müddətdə nəzarətə alınmazsa, gəlin nələr ola biləcəyinə göz ataq:

1) Diqqət yetirdinizsə, seçkiqabağı təşviqat davam edərkən əvvəlcə 300 sabiq milli təhlükəsizlik işçisi və daha sonra 780 işçi dəstək məktubu adı altında Baydendən olan gözləntilərini bildirdi. Bu məktublarda kürdlər məsələsində Türkiyə üçün heç də xoş olmayan düşüncələr var, amma mövzumuz bu deyil. Önəmli olan bu ümidlər doğrulmadıqda sözügedən qrupların nələr edəcəyidir.

Bu məktubları imzalayanların keçmiş işçilər olması önəmli bir şey deyil, çünki bu sistemdə təqaüdə çıxmaq, bir gün işimdən ayrılmaq və ya cəmiyyətdən uzaqlaşmaq kimi bir şey yoxdur. Bu cəmiyyətə bir dəfə daxil olduqdan sonra demək olar ki, ölənə qədər ona bağlı olursunuz.

Bu gün axşam saatlarında Vaşinqtonda müəyyən barlara və ya restoranlara getdikdə bu icmanın keçmiş üzvlərinin bir yerdə oturub hələ də vacib məsələlər üzərində işləyən güclü simalarla söhbət etdiyini görə bilərsiniz. Bu sistem hər zaman bu şəkildə işləyir və icma üzvləri dövlət haqqında danışaraq bir fikir birliyi əldə edirlər. Prezident kim olursa olsun, o, bu cəmiyyətin istəmədiyi işləri görə bilməz və onları da öz yanına çəkmək məcburiyyətindədir.

Çevriliş etmək qədər güclü hala gəliblər

Tramp, xüsusilə Mayk Pompeonu MKİ-dən alıb, Dövlət Katibi etdikdən və FTB ilə xüsusən Rusiya istintaqı zamanı əlaqələrini kəsdikdən sonra bu cəmiyyət üzərindəki nəzarətini də itirdi. Ağ Evdən bu nəzarəti təmin edən Con Boltonun milli təhlükəsizlik müşavirliyindən qovulmasından sonra bu icma, sanki bir çevriliş etmək qədər gücləndi. Hazırda Bolton da Trampın düşməni kimi və bu icmanın sabiq bir üzvü olaraq əlaqələrini davam etdirir.

Milli təhlükəsizlik cəmiyyətinin Amerika dövlətinin istiqamətini təyin edəcəyini bildiyim üçün bu gün keçmiş iş sahəm olan Vaşinqtondakı özəl bar və klublarda görüşən milli təhlükəsizlik cəmiyyətinin köhnə və yeni üzvlərinin nələrdən danışıqları mənə çox maraqlı gəlir.

Seçki gecəsində nələr müzakirə edildi?

Düşünürəm ki, Amerikada seçki gecəsi yüksəldilən təhdid səviyyəsi ilə bunlardan gələn dinləmə nəticələrinin prezidentə sadiq olan üzvlər tərəfindən Ağ Evə ötürülməsi arasında bir əlaqə var.

Milli Təhlükəsizlik Agentliyinin (NSA) “laqqırtı” adlandırdığı o söhbətlərdə, görəsən, necə təhdidlər səsləndirildi ki, o gecə seçki zamanı hər an hər şeyin baş verə biləcəyindən qorxdular?

Nədən danışırlar?

Bəs bu insanlar öz aralarında nədən danışa bilərlər və ya aralarında hansı şəxslərin adı çəkilir?

1) Mərkəzi Kəşfiyyat İdarəsi daxilində də asanlıqla dilə gətirilməyən və adı belə qorxu yaradan “Ayətullah Mayk” adlandırdıqları bir məmur var. “Ayətullah Mayk” MKİ-nin “Black Ops” adlanan, qaralmış əməliyyatlar aparan bölmənin rəhbəridir və digər ləqəbi də “Qaranlıq Şahzadə”dir. Başqa bir ləqəbi də “Cənazəçi”dir.

Otağında namaz qılır

Adamın əsl adı Maykl Dandreadır. Müsəlman bir ölkənin vətəndaşı olan həyat yoldaşı ilə evləndikdən sonra onun da müsəlman olduğu və MKİ-dakı otağında namaz qıldığı məlumdur. Vaşinqtonda olduğum zaman həyat yoldaşının Türkiyədən olub olmadığı barədə axtarış etmişdim. Ancaq rəsmi qeydlərdə adamın şəxsi həyatı haqqında heç bir məlumat olmadığından heç nə tapa bilmədim. Yoldaşının İrandan olması ehtimalı da böyükdür.

Əminəm ki, milli təhlükəsizlik cəmiyyətinin insanları Ayətullah Maykın nə düşündüyü ilə maraqlanırlar, çünki Baydenin Obama dövründə İranla bağlanan nüvə razılaşmasını bərpa edəcəyi düşünülür. Əminəm ki, heç ağla gəlməyəcək proseslərə başlamaq imkanı olan bu şəxs qarşıdakı dövrdə tez-tez meydana çıxacaq.

2) Həmçinin, düşünürəm ki, bu cəmiyyət Bayden rəsmi olaraq prezident olduqdan sonra ertəsi günü brifinqlərinə başlayacaq olan MKİ direktoru Cina Haspelin mövqeyi və fikirləri ilə də maraqlanır. Demək olar ki, bir çoxu ondan işarələr gözləyir.

3) Keçmiş Milli Təhlükəsizlik müşaviri olan və gedişindən sonra “Bunun baş verdiyi otaq” adlı Tramp əleyhinə bir kitab da yazan Con Boltonun yeni dövrdə hansı addımları atacağı da milli təhlükəsizlik cəmiyyəti tərəfindən maraqla gözlənilir.

4) Keçmiş FTB rəisi və Trampın düşməni olan Ceyms Kominin yeni rəhbərliklə əlaqə qurub qurmayacağı da Vaşinqtonda maraqla gözlənilir.

5) Burası dəqiqdir ki, icmanın insanları Ağ Evə çox yaxın olan K küçəsində ofisləri olan Demokratiyanın İnkişafı Quruluşu (FDD) ilə olan əlaqələrini və yeni dövrdə neocon və evangelist cəmiyyətlə bağlantısı olan bu təşkilatla əlaqələrini davam etdirəcəklər. FDD daxilində olan və keçmiş Türkiyə səfiri olan prezident Ərdoğana düşmən olan Erik İdelman da bu icma ilə əlaqələrini qoruyur və bunun Türkiyəyə necə təsir edəcəyi yaxın dönəmdə bəlli olacaq (yeri gəlmişkən, 2011-2015-ci illərdə CHP-nin millət vəkili olan Aykan Erdemir də FDD institutu daxilində aktiv şəkildə fəaliyyət göstərir).

Gördüyünüz kimi, Amerikada qurulmuş çox güclü və təhlükəli bir əlaqələr şəbəkəsi var və qarşıdakı günlərdə onların nələr edəcəyi və yeni rəhbərliklə necə münasibətlər quracağı həm Amerikanın, həm də dünyanın gələcəyini müəyyənləşdirəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay