Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəhrəman əsgərimiz danışdı: Şuşadan zəng edəcəm… - Video

Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq, yağıya göz dağı olmağı bacaran Vüsal Şahkərimov Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirdi.

PİA.az xəbər verir ki, bir ildən çoxdur ki, hərbi xidmətdə olan əsgər Vüsal Şahkərimovun mərdliyini, qorxmazlığını ailəsi və komandirləri çox gözəl bilirlər. Məğrur duruşu ilə isə bir anda bütün Azərbaycanın qəhrəmanına çevrildi. Cəbhədə döyüşmək üçün oğul böyüdən valideynlərinin isə indi sevinclərinin həddi-hüdudu yoxdur.

Vüsalın atası İslam Şahkərimov deyir ki, yayılan videodan sonra çox sevinib. O, tam əmin olub ki, Vüsalın atdığı hər mərmi dəqiqliklə hədəfi məhv etməklə milyonlarla həmyerlimizin ürəyindən tikan çıxarır.

Qeyd edək ki, çəkiliş zamanı Vüsal Şahkərimovdan qəfil zəng gəlib. Hazırda ön cəbhədə döyüşən Vüsal "Xəzər Xəbər" vasitəsilə ən böyük arzusunu da dilə gətirib.

Vüsalın düşmənin başına od ələdiyi top "artilleriyanın snayperi" də sayılır. Dəqiqlik üçün yüksək peşəkarlıq tələb edir. Atəş zamanı yaxın məsafədə durmaq özü belə bir cəsarət istəyir. Vüsal isə bu duruşu ilə "D 30" topunun simvolu oldu. Sipərin keçilməz olsun, Azərbaycan əsgəri! Sizinlə qürur duyuruq!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay