Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyqırımın ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu

"Aramo" adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan Dağlıq Qarabağda gedən döyüşlərdə ağır yaralanıb.

Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Ermənilər Xocalı qətliamının ən aktiv iştirakçısının ağır yaralandığını və tezliklə sağalması üçün dua etdiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri, eyni zamanda xarici ölkələrdə xüsusi təlim keçmiş erməni terror və quldur birləşmələri “Arabo” və “Aramo” hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər. “Arabo” və “Aramo” terrorçuları dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər əsir-girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər. Öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifin sözlərinə əsasən, şəhər “strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstənin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarlıqla öldürdüklərini təfərrüatları ilə təsvir edir.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları zamanı düşmən tərəfindən xeyli sayda yüksəkrütbəli hərbçilər məhv edilib. Qondarma rejimin "müdafiə naziri" və digər generalların məhv edilməsi bunun bariz nümunəsidir. (BAKU.WS)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ən çox oxunanalar