Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ saplarla tikilib! ABŞ-ın araşdırma mərkəzi ermənilərin saxta videolarını ifşa etdi

“Dayanın və Düşünün!” - ABŞ-ın OpsLens Media Group və tsarizm.com saytı ermənilərin Azərbaycanla bağlı yaydıqları həqiqətə uyğun olmayan video və fotoların şərhini bu başlıqla təqdim edib.

Şərhlərə keçməzdən əvvəl qeyd edək ki, OpsLens Media Qrupu dünyada milli təhlükəsizlik, siyasət və digər məsələlərlə bağlı ən aktual və kritik mövzuları araşdırmaqla məşğuldur. Əməkdaşları dünyanın dörd bir tərəfində 200-dən çox mərkəzdə terrorizm və narkotiklə mübarizə, əks-kəşfiyyat, casusluq kimi unikal əməliyyatlar həyata keçirmiş sabiq kəşfiyyatçılar, hüquq-mühafizə və hərbi istiqamətli mütəxəssislərdən ibarətdir. Qrupun sıralarında ən çətin qlobal problemlərin daxili mexanizmini bilən keçmiş diplomatlar, siyasətçilər, ekspertlər də var.

CIA, DIA, FBI, NSA təcrübəsindən istifadə edən tədqiqatçılar apardıqları araşdırmalar nəticəsində belə qərara gəliblər ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla bağlı yaydıqları video və fotolar cəfəngiyyatdır:

“Bu payız Qafqazda iki müharibə başladı. Biri Azərbaycanla onun torpaqlarının bir hissəsini işğal etmiş Ermənistan arasında gedir, digəri internet meydanında təbliğatçılar, klaviatura cəngavərləri, dezinformasiya yayanların “informasiya müharibəsi”dir. Əsgərlər döyüş, onlar isə internet meydanında Qarabağ uğrunda mübarizə aparırlar. Rəqəmsal arenada münaqişə daha dolaşıq və amansızdır. Məsələn, bu gün bir faktı iddia edən videolar sabah başqa bir müəmmanın üstünü açır: Son hadisələrlə bağlı sosial mediada yayılan görüntülər əslində yeni başlıq altında təkrar işlənmiş köhnə kadrlardır. Onların əksəriyyətini vaxtilə araşdırmışıq”,- deyə amerikalı tədqiqatçılar bildirirlər.

Bixəbər izləyicilərin nəyin doğru, nəyin yalan olduğunu anlaya bilməmələri təbiidir. Hərənin özünə görə doğruları və mövqeyi var, hərə özünün görmək istədiyini görür. Videolarda özününkünə qarşı amansızlıqlar görəndə isə gərginlik artır. OpsLens Media Qrupu videoların araşdırılmasının səbəbini elə bununla izah edir: Gərginliyin artmasına imkan verməmək.

Qrupun fake olduğunu sübut etdiyi videolardan biri guya İranla sərhəddən AzərbaycanErmənistan arasında qarşılıqlı artilleriya atışmasını göstərən videodur. Müəyyən edilib ki, bu görüntülər əslində Rusiyanın həyata keçirdiyi raket və artileriya təlimləri zamanı lentə alınıb.

Fake olduğu sübuta yetirilən növbəti kadrlarda Azərbaycanın MiQ-25 təyyarəsinin guya Ermənistan silahlı qüvvələri tərəfindən vurulması göstərilir. Aydın olub ki, bu, ermənilərin kompüter oyunları həvəskarının keyfiyyətsiz işindən başqa bir şey deyil.

Amerikalı araşdırmaçılar həmçinin “Fransa prezidenti səviyyəsində bir fake”in üstünü açaraq, ABŞ-ın dövlət katibi Pompeonun Türkiyənin Dağlıq Qarabağa suriyalı muzdluların göndərməsilə bağlı şübhələrinə də son qoyublar.

Qeyd olunur ki, Qarabağa gətirilən muzdlularla bağlı iddialar yalandır, yayılan görüntülər Suriyaİraqda lentə alınıb. Fotolara gəlincə, Azərbaycan bayrağı “fotoşop”la əlavə edilib. Araşdırmaçılara görə, hansısa video və ya fotonun nəyəsə bənzəməsi o demək deyil ki, bu, həmin o şeyin özüdür: “Ermənistan tərəfi beynəlxalq dəstək qazanmaq üçün informasiya savaşı meydanında məqsədli şəkildə dezinformasiyalardan istifadə edir. Təkcə bu bəs edir ki, dayanaq və düşünək! Ən azı ona görə ki, ermənilərin yaydığı videodakı kadrların doğruluğunu şübhə altına alan suallar çoxdur”.

Məsələn, bu videoda əsgərlər öz aralarında azərbaycanca, əsirlərlə rusca danışırlar. Onların, xüsusilə də komandirin danışığında vaxtilə Azərbaycanda yaşayan ermənilərə xas ləhcə hiss olunur. Azərbaycanlı olduqları iddia edilən əsgərlər isə nadir halda nəsə deyirlər. Onların da danışığından erməni olduqları sezilir.

Əksər videolarda azərbaycanlı olduqları iddia edilən əsgərlərin geyimlərində fərqlənmə nişanlarının olmaması diqqət çəkir. Kadrların birində əsgərin qolunda erməni fərqlənmə nişanı aydın görünür, ancaq növbəti kadrda montaj edilərək silinib.

Hansısa parkda güllənmə səhnəsini göstərən başqa bir videoda erməni bayrağına bürünmüş əsirin arxasındakı divarda “GaraPağ AzərbayGan” yazısı da videonun növbəti erməni quraması olduğunu sübut edir. Heç bir azərbaycanlı “Qarabağ Azərbaycandır” şüarını səhv yazmaz, hətta aşağı sinif şagirdi belə bu cür səhvə yol verməz.

Bu görüntülərlə bağlı ortaya çıxan bu qədər suallar, güman ki, çoxları üçün sürpriz olacaq. Çünki bir müddət əvvəl BBC bu görüntülərin doğruluğunu təsdiqləmişdi. Bununla bağlı məqaləni ilk dəfə BBC-nin rus dili xidməti yayıb, sonradan ingilis dilinə tərcümə edilib. Danılmaz faktdır ki, hətta BBC-də digər dillərdə xidmət sahəsinə redaktor nəzarəti və keyfiyyət çatışmazlığı problemləri var.

BBC-də hər bölmənin öz planı, öz marağının olduğunu deyən araşdırmaçılar qrupu bu fikrini həm də məqalənin müəllifinin erməni olması ilə əlaqələndirir. Məlum olub ki, videonun doğruluğunu təsdiqləyən BBC-nin rusca xidmətinin jurnalisti Qriqor Atanesyan əslində heç də göstərildiyi kimi, “araşdırmaçı jurnalist” deyil və əvvələr “Esquire” kişi moda jurnalının rusdilli versiyasının redaktoru olub. Həmmüəlliflərdən biri Benjamin Strick isə BBC-nin jurnalisti deyil, sadəcə, ştatdankənar “açıq mənbələrdə tədqiqat aparan araşdırmaçı”dır. (Azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar