Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10 il sonra mobil texnologiyalar necə olacaq?

Hələ ki "5G" qurğular geniş yayılmasa da, istehsalçılar artıq "6G" texnologiyasından istifadəyə hazırlaşırlar. "Vivo" şirkəti yeni nəsil mobil şəbəkələri araşdırmasına başlayıb və 10 il sonra daha populyar olacaq rəqəmli qurğuları açıqlayıb.

PİA.az ictnews.az-a istinadən bildirir ki, "Vivo" şirkətinin rabitə sahəsində elmi tədqiqat institutunun rəhbəri Sin Feyin sözlərinə görə, 2030-cu ildə smartfonlar əvvəlki kimi aktual olacaq, çünki sensor ekran mobil qurğu ilə qarşılıqlı əlaqədə ən praktik və əlverişli vasitə olaraq qalacaq. Eyni zamanda bazarda AR/VR cihazların payı xeyli artacaq. Şirkətin nümayəndəsi hesab edir ki, gələcəkdə bu cihazlar daha incə, yüngül və rahat olacaq, "insan beyni - kompüter" interfeysinin təkmilləşdirilməsi nəticəsində onları düyməsiz idarə etmək mümkün olacaq.

Sin Fey, həmçinin deyib ki, yaxın 10 ildə robot texnikası sahəsində böyük irəliləyiş gözlənilir. Məsələn, indi populyar olan robot modellərini çoxlu sayda faydalı funksiyalara malik daha qabaqcıl həllər əvəz edəcək. Bundan başqa, şirkətin fikrincə, "6G" ilə bugünkü standartlar arasında fərq süni intellekt komponenti ilə bağlı olacaq. O, adi rabitə xidmətləri dəstini hesablama imkanları və məlumatların saxlanılması xidməti ilə "gücləndirməyə" imkan verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay