Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı politoloq: “Azərbaycan hərbi qələbəyə yaxındır”

Azərbaycan hərbi qələbəyə yaxındır. Mümkündür ki, artıq bir neçə saatdan sonra Azərbaycan ordusu Ermənistanla Dağlıq Qarabağı əlaqələndirən cənub Laçın dəhlizini atəşdə saxlayan mövqeləri tutacaq. Şimal dəhlizi artıq bir həftə bundan qabaq bloklanıb. Orada hər şey atəş altındadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib .

Onun sözlərinə görə, Azərbaycan ordusu hazırda həm də havadan da tam dominantlıq edir: “Laçın dəhlizinin hərbi blok edilməsindən sonra Ermənistan ordusunun vəziyyəti artıq ümidsiz olacaq. Müharibənin davam etdirilməsi o zaman hərbi formada olan ermənilərin məhv edilməsinə çevriləcək .Bu artıq heç kimə lazım deyil. Ona görə də, fikrimcə, bu hərbi qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu isə artıq atəşkəs haqqında deyil, sülh haqqında danışıqlar olacaq. Danışıqlar Azərbaycanın bütün ərazilərindən Ermənistan qoşunlarının çıxarılması şərtləri və erməni əhalisinin vəziyyəti haqqında olacaq. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq”.

Rusiyalı ekspert Vladimir Putinin “Valday” forumundakı çıxışının da məhz bu haqda olduğunu söyləyib: “Baxmayaraq ki, o zaman heç də hamı bunu anlamamışdı. Putin isə bir neçə saatdan sonra regionda geosiyasi vəziyyətin kardinal şəkildə dəyişəcəyini artıq bilirdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Ən çox oxunanalar