Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu gün sülh deyənlər, əslində sabah daha böyük müharibə istəyirlər" - Natiq Cəfərli

"Dünyada ağlı başında olan heç bir şüurlu varlıq müharibə xətrinə, ölüm-itim xətrinə müharibə istəməz – müharibənin həm insani, həm də iqtisadi qiyməti çox ağırdır. İnsanların həlak olması, gənc ömürlərin yarımçıq qalması, dağılan evlər, məhv olan talelər – bütün bunlar çox ağır qiymətdir. İqtisadi olaraq da müharibə bahalıdır – bu gün müharibəyə xərclədiyimiz vəsait olmasaydı, biz iqtisadi olaraq daha çox inkişaf edərdik, daha böyük sosial məsələləri həll edə bilərdik, hətta müharibə demokratik dəyişiklikləri də bloklayan, ləngidən bir məsələdir".

PİA.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

"Biz – Azərbaycan Dövləti və Xalqı olaraq təbii ki, sülh istəyirik, sülhün isə öz qiyməti var – işğal altında olan torpaqlarımız düşmən tapdağından qurtulur, işğala son qoyulur və həmən sülh yaraınır. Yəni, bizim hədəfimiz torpaqların işğaldan azad edilməsidir – bu əgər danışıqlar, sülh yolu ilə olacaqsa nə əla, çox gözəl və çox pakizə, məqsədimiz silahların danışması, bombaların partlaması deyil. Hədəf odur ki, torpaqlar azad edilsin, erməni əsilli azərbaycanlılar (azərbaycanlı etnik mənsubiyyət deyil – vətəndaşlıq tanımıdır, Azərbaycan Dövlətinin vətəndaşı olan hər kəs azərbaycanlıdır) ölkəmizdə hüzur işində, rifah içində yaşamalıdırlar. Amma bunun tək şərti işğalın bitməsi, Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların bizim vətəndaşlığı qəbul edib, pasportumuzu daşımasıdır. Onlar sülhdən sonra mütləq demokratikləşməyə məcbur olan Azərbaycanda yerli özünüidarə institutlarında iştirak edərək öz yaşadıqları ərazıdə bələdiyyə seçə, mer seçə, deputat ola Azərbaycanın qanunları çərçivəsində özlərini idarə edə bilərlər - necə ki, bunu Bakıda, Gəncədə, Lənkaranda, Şəkidə və s. Azərbaycan şəhərlərində bütün vətəndaşlar eyni qaydada edəcəklər. Bu gün məmləkətdə sülhə çağıranlar var – onları anlayıram, amma düşünürəm ki, onlar vəziyyəti anlamırlar, onların çağırışı sülh deyil, yarımçıq sülhdür, münaqişənin dondurulmasıdır, gələcək nəsillərə ötürülməsidir. Bu gün cəbhədə qəhramanlıqla vuruşanların, Şəhid olanların əksəriyyəti 2000-ci il doğumlulardır – onlar 1994-cü ildə bağlanmış “yarımçıq sülhün” qurbanlarıdır. Bu gün yarımçıq sülhün bədəli sabah 2010-cu illərdə doğulanlar olacaq! Mən 3 oğul, 3 potensial əsgər atasıyam, sonbeşiyimin 8 yaşı var – bu gün yarımçıq sülh olub münaqişə yenə dondurulsa, 10 ildən sonra bunun bədələni kiçik oğlum ödəyəcək. Bu gün yarımçıq sülhə çağıranlar bunu anlamalı, bunu dərk etməlidirlər – bu gün dondurulan münaqişə sabah bizim övladların başında çartlayacaq. Belə sülh olmur, belə sülhə çağırış qəbul edilən deyil – yarımçıq sülhün bədəli daha ağır olur, bu daha dəhşətli müharibə deməkdir. Yəni, bu gün sülh deyənlər əslində sabah daha böyük müharibə istəyirlər – bunu anlamalıdırlar..." - N.Cəfərli qeyd edib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay