Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstixanalar borclarını ödəməyə başlayıb - "Azəriqaz"

2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır.

"Azəriqaz" İstehsalat Birliyindən veilən məlumata görə, bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır. Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3 % təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1 % təşkil edir. Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6 % təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1 %-ə bərabərdir.

Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən "Azəriqaz" İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq "Azəriqaz" İstehsalat Birliyi də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında "Razılaşma protokolu" tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edən sahibkarlara Bakı şəhəri üzrə "Rəvan-Turan" MMC, "AS AQRO CO" MMC və s, Şəmkir bölgəsi üzrə sahibkarlar Ələkbərov Dilqəm, Əliyev Hafiz, Musayeva Nigar, Quliyeva Aida və başqaları, Salyan bölgəsi üzrə Dostəliyev Natiq, Əliyev Səxavəti göstərmək olar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar