Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ı iğtişaşlar bürüyəcək” – Zükerberqdən qorxunc proqnoz

Feysbuk sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkiləri nəticəsində ölkədə iğtişaşların başlaya biləcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Axios”a verdiyi müsahibədə danışıb.

“Mənə elə gəlir ki, səsvermənin nəticələrinin açıqlanması böyük bir narahatlıq riski daşıyır. Zorakılıq riskini azaltmaq üçün əlimizdən gələni etməliyik”, - Zükerberq bildirib.

O, səslərin sayılmasının bir neçə gün, hətta həftələr çəkə biləcəyini də deyib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydenin seçiləcəyi təqdirdə, inqilab olacağını iddia edib. Onun sözlərinə görə, Bayden prezident seçkilərində qalib gəlsə, ölkədə radikal sol qüvvələr hakimiyyəti ələ keçirəcək. Ağ Ev rəhbəri keçmiş vitse-prezidentin seçkilərə qatılmamalı olduğunu vurğulayıb.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Respublikaçılar Partiyası seçkilərə hazırkı prezident Donald Tramp, Demokratlar isə keçmiş vitse-prezident Co Baydenlə gedir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar