Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın Azərbaycana münasibəti bir qədər də aqressivləşəcək” - Ərəstun Oruclu

Qarabağ münaqişəsinə Rusiya-Türkiyə münasibətlərindən baxılırsa, bölgədə və Qarabağda müharibə təhlükəsi böyüyürmü?.. 

Siyasi şərhçi: “Azərbaycan-Türkiyə hərbi-strateji birliyi Rusiyanın Azərbaycana qarşı sistemli şəkildə yürütdüyü təcavüzkar siyasətə cavab ola biləcək addımdır”.

“Cənubi Qafqazda bu dəfəki gərginlik də Rusiyanın geosiyasi iddialarından qaynaqlanır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Azərbaycan-Türkiyə strateji birliyindən narahat olan Rusiyanın Ermənistanı müharibəyə hazırladığı iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması Rusiyanın siyasi dairələrində ciddi narahatlıqla qarşılanıb. Bu səbəbdən də Rusiya Ermənistanı müharibəyə hazırlayır. Belə bir iddia ilə Türkiyənin “Haber Global” və “TRT WORLD” telekanalları çıxış edib.

Telekanalların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda yayımladığı reportajda bildirilir ki, Rusiya son 25 gün ərzində Ermənistana 500 tondan çox silah göndərib.

Onu da qeyd edək ki, Azərbaycan-Türkiyə strateji birliyindən narahat olan Rusiyanın Ermənistanı müharibəyə hazırladığı iddiası ölkəmizdə də səsləndirilir.

Hazırda Qarabağ münaqişəsinə Rusiya-Türkiyə münasibətlərindən baxılırsa, bölgədə və Qarabağda müharibə təhlükəsi böyüyürmü? Ümumiyyətlə Rusiya-Türkiyə rəqabətinin Cənubi Qafqaza transfer olunması bölgəyə nə vəd edir?

Mövzunu PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Təcavüzkardan qorunmaq haqqımız var və bu mənada da yeganə etibarlı tərəfdaşımız Türkiyə ola bilər”.

Qaqazda tək olmadığını duyan Rusiya öz siyasətinə yenidən baxmalı və daha rasional yanaşma ortaya qoymalı olduğunu düşünən siyasi şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, Rusiyanın Azərbaycanı istədiyi vaxt əzib keçməsi əvvəlki qədər asan olmaya və fəsadsız ötüşməyə bilər:

“Mən düzü, bunun tam əksini düşünürəm. Azərbaycan-Türkiyə hərbi-strateji birliyi Rusiyanın Azərbaycana qarşı sistemli şəkildə yürütdüyü təcavüzkar siyasətə cavab ola biləcək addımdır. Yəni, səbəb-nəticə əlaqələri mənim fikrimcə tam əksinədir. Bu gün həmin birlikdən danışmaq hələ ki, tezdir. Çünki bu cür əməkdaşlığın ilk növbədə hüquqi bazası olmalıdır, bunu yaratmaq isə düşündüyümüzdən daha çətindir. Amma belə bir əməkdaşlıq alınacaqsa, təbii ki, Rusiyanın Azərbaycana münasibəti bir qədər də aqressivləşəcək.

Digər tərəfdən isə Rusiya onsuz da Azərbaycana qarşı daim aqressiv siyasət yürüdüb. Bunu anlamaq üçün son 200 ilə nəzər salmaq kifayət edər. Erməni amilindən Azərbaycana qarşı daim istifadə edən Rusiya, buna zərurət yarandıqda həmin təcavüzkar siyasətə özü də açıq şəkildə qoşulub.

Ərəstun Oruclu: “Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhə və bölgənin daha geniş seçim imkanına malik olmasına xidmət edə bilər”.

Bir daha deyirəm ki, Cənubi Qafqazda bu dəfəki gərginlik də Rusiyanın geosiyasi iddialarından qaynaqlanır və onun Cənubi Qafqazda daha da aktivləşməsi iddialardan irəli gəlir. Amma bununla belə, bizim də dövlət olaraq, təcavüzkardan qorunmaq haqqımız var və bu mənada da yeganə etibarlı tərəfdaşımız Türkiyə ola bilər. Odur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bizim təbii maraqlarımızdan doğan bir müttəfiqlikdir.

Qaldı bunun Cənubi Qafqazı müharibəyə sürükləyə bilməsinə, mən bu, məsələdə də tam əksini düşünürəm: Qaqazda tək olmadığını duyan Rusiya öz siyasətinə yenidən baxmalı və daha rasional yanaşma ortaya qoymalı olacaq. Anlayacaq ki, məsələn, Azərbaycanı istədiyi vaxt əzib keçmək əvvəlki qədər asan olmaya və fəsadsız ötüşməyə bilər. Bu mənada Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhə və bölgənin daha geniş seçim imkanına malik olmasına xidmət edə bilər. Seçimlərdə alternativlərin olması isə hər zaman ancaq müsbət hal kimi qiymətləndirilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Ən çox oxunanalar