Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Demokratik partiyanın seçkiöncəsi onlayn qurultayı start götürür

ABŞ-da Demokratik partiyanın koronavirus pandemiyası səbəbindən onlayn şəkildə keçiriləcək seçkiöncəsi milli qurultayı başlayır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, avqustun 17-də Demokratik partiyanın qurultayında siyasətçi Berni Sanders və ABŞ-ın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın, həmçinin qubernator Endryu Kuomo və Emi Klobuçarın çıxışı gözlənilir.

Növbəti gün Senatdakı demokratik azlığın lideri Çak Şumer, sabiq dövlət katibi Con Kerri, ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortes, sabiq prezident Bill Klinton və prezidentliyə namizəd Cozef Baydenin həyat yoldaşı Cill Baydenin çıxışı planlaşdırılıb.

Avqustun 19-da ABŞ-ın sabiq prezidenti Barak Obama, həmçinin senator Elizabet Uorren, vitse-prezident postuna namizədliyini irəli sürən senator Kamala Harris və spiker Nensi Pelosi çıxış etməlidir.

Konvensiyanın sonuncu günü – avqustun 20-də ABŞ prezidenti postuna Demokratik partiyanın namizədi Cozef Bayden noyabrda keçiriləcək seçkilərdə demokratları təmsil etməyə rəsmən razılıq verməlidir. Həmçinin həmin gün senator Kori Buker, prezidentliyə sabiq namizəd Pit Buticiç və Kaliforniya ştatının qubernatoru Hevin Nyusom partiya tərəfdarları qarşısında çıxış edəcək.

Adətən qurultaylar partiyalar tərəfindən əhalisinin əksəriyyətinin hansı namizədi dəstəkləmək barədə seçimləri bəlli olmayan ştatlarda keçirilir. Belə ştatlarda qurultaylar daha çox seçicini cəlb etmək məqsədi daşıyır.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə ali dövlət postu uğrunda respublikaçıların namizədi ABŞ-ın hazırkı Prezidenti Donald Tramp olacaq.

pia.az


Etiket: ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Ən çox oxunanalar