Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2020-ci il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Ordusunda həyata keçirilən fəaliyyətlər davam edir.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olaraq hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüblər.

Əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

Görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Tədbirlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətin diqqətinə çatdırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkənin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışılıb.

Hərbi qulluqçularla söhbətlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və onları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Birgə fəaliyyət planına uyğun olaraq Respublika Hərbi Prokurorluğu və Qarnizon Hərbi Prokurorluğu nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə keçirilən hüquqi maarifləndirmə tədbirləri davam edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Ən çox oxunanalar