Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tramp xəstə qardaşına baş çəkdi

Daha sonra isə o, qolf oynamağa gedib.

Maska taxan Donald Tramp cümə günü günortadan sonra “New York-Presbyterian” xəstəxanasına gəlib, 45 dəqiqə ərzində orada olub.

ABŞ mediası xəbər verir ki, prezidentin 72 yaşlı qardaşı Robert Tramp ağır xəstədir, ancaq onun hansı xəstəlikdən əziyyət çəkdiyi məlum deyil.

Prezidentin kiçik qardaşı onun biznes imperiyasını, daşınmaz əmlak sərmayələrini idarə edirdi.

"Ümid edirəm ki, o, yaxşı olacaq. Yaxşı qardaşdır. Uzun müddətdir ki, onunla çox yaxşı münasibətlərimiz var", - prezident jurnalistlərə bildirib. "Qardaşım həyatının ən ağır dönəmini yaşayır".

Xəstəxana ziyarətindən sonra 74 yaşlı cənab Tramp həftə sonu üçün Nyu-Cersi ştatının yaxınlığındakı Bedminsterdəki qolf klubuna gedib.

“The New York Post” qəzetinin yazdığına görə, Robert iyun ayında bir həftə Manhettenin “Mount Sinai” xəstəxanasının reanimasiya şöbəsində olub.(musavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay