Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ümumi və ya tam orta təhsil bazasını bitirən və peşə təhsili almaq istəyən şəxslər avqustun 24-dək https://qebul.vet.edu.az/ platforması vasitəsilə ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulunun ilk üç günü ərzində 4407 şəxs elektron platformada hesab açıb, 2665 şəxs isə tam olaraq qeydiyyatını yekunlaşdırıb. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə 18260 yer ayrılıb. Onlardan 11040-ı dövlət vəsaiti hesablı, 7220-si ödənişlidir. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

İlk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesi çərçivəsində ikili proqramlar tətbiq edilir. Bu da öz növbəsində tədris prosesinin işəgötürənlərlə birgə təşkilini nəzərdə tutur.

Qeyd edək ki, peşə təhsil pilləsinə qəbul çərçivəsində 2018-ci il aprelin 24-dən etibarən qüvvəyə minmiş peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur.

Qeydiyyat təlimatına keçid: https://bit.ly/2CmYdCk .

Qəbul planı (ixtisaslar və müəssisələr): https://bit.ly/3fVrYbh .

pia.az


Etiket: peşə təhsili

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar