Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının həyat yoldaşının 80 minlik qaz borcu ilə bağlı "Azəriqaz"dan açıqlama

Sabiq deputat Şəmsəddin Hacıyevin qızı, Ağstafanın yeni icra başçısı Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyevanın "Azəriqaz" İB-ə külli miqdarda borcu var...

Bu barədə axar.az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfər deyib.

O bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi ilə istixana istifadəçisi fiziki şəxs Çeşmi Şəmsəddin qızı Hacıyeva arasında 05 noyabr 2019-cu il tarixində debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 min 490 manat təşkil edib:

“Protokola əsasən, qarşı tərəf noyabr ayında ilkin ödəniş olaraq 20 min manat, təbii qazdan sərfiyyatdan əlavə olaraq 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 min manat, 2020-ci ilin yanvar ayının 10-na kimi 45 min 490 manat olmaqla Birliyə ödəmə öhdəliyini üzərinə götürüb. Lakin ödənişlər lazımi səviyyədə olmadığından və sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən, ümumi borc artaraq 2020-ci ilin yanvar ayında 115 068,80 manat təşkil edib. Belə bir durumda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə iddiası qaldırılıb. Lakin həmin dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bir çox sahələrin, o cümlədən məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözügedən proses baxılmamış saxlanılıb. İddianın qaldırıldığı, eləcə də pandemiya dövründə qarşı tərəfin həm borc, həm də sərfiyyata görə apardığı ödənişlərdən sonra ümumi borc azalaraq 79 816,20 manat təşkil etmişdir”.

Qurumdan o da bildirilib ki, Azəriqaz İstehsalat Birliyi heç də iddiasından geri çəkilməyib və borcun tam bağlanılmadığı təqdirdə məhkəmə iddiasının qaldırılması hüququnu özündə saxlayır:

“Fiziki şəxs Çeşmi Şəmsəddin qızı Hacıyevanın borclarına gəldikdə, bu, əsasən 2017, 2018-ci illərdə ayrı-ayrı aylarda qazdan böyükhəcmli istifadə müqabilində aylıq ödənişin ya nisbətən, ya da ümumiyyətlə ödənilmədiyindən yığılıb. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi mövsüm dövründə bütün istixanalara ödənişlərlə bağlı güzəştlər edir. Lakin mövsüm bitəndən sonra borc öhdəliklərini yerinə yetirməyənlər barədə müvafiq formada məhkəmə iddiaları qaldırılır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

İran zərbə aviasiyası döyüş hazırlığına gətirildi

Ən çox oxunanalar