Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patriarxın yeni açıqlamaları nəyə işarə edir: Dünya ABŞ və İsrail arasında bölünəcək?

Kissincerin yəhudi dövlətinin dünyada supergücə çevrilməsini ortaya atması, nələrdən xəbər verir?..

Politoloq: “Kissencerin dediyi həqiqətdir. Söhbət İsrail tərəfindən fiziki olaraq Ərəb dünyasının işğalından getmir. Söhbət qeyri-fiziki işğaldan gedir ki, bu artıq baş tutmuş prosesdir”.

“Əslində Fələstin-İsrail müharibəsi, Ərəb-İsrail münaqişəsi sözdədir. Davranışda biz Səudiyyə Ərəbistanı və İsrail, Qətər-İsrail, Misir-İsrail arasında kifayət qədər inkişaf etmiş münasiblərin şahidiyik”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ABŞ-ın sabiq dövlət katibi Herni Kissincerin üçüncü dünya müharibəsinin yaxınlaşdığını iddia etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünya siyasətinin patriarxı, ABŞ-ın 56-cı dövlət katibi, yəhudi əsili Henri Kissincer “Daily Scape”ə müsahibə verib və müsahibədə dünya səviyyəsində rezonans doğuran bir sıra fikirlər və iddialar irəli sürüb. Dünya siyasətinin payriatxı üçüncü dünya müharibəsinin yaxınlaşdığını da bildirib: "ABŞ ordusu üçün strateji əhəmiyyətinə görə, neft və digər iqtisadi qaynaqlara sahib olan Yaxın Şərqdəki 7 ölkəni işğal etmək məcburiyyətində qaldıq. Və İranı vurmaq üçün sadəcə bir addım qalıb", deyə Kissincer vurğulayıb.

Kissincerin sözlərinə görə, Çin və Rusiya yuxudan ayılmağa başlayanda və prosseslərin hara getdiyini görəndə dünya müharibəsi partlayacaq: "Sadəcə iki supergüc- ABŞ və İsrail zəfər çalacaq. İsrail bütün qüvvəsi ilə mübarizə aparmaq məcburiyyətində qalacaq. Silahlarını mümkün olduğu qədər çox ərəb öldürmək üçün istifadə edəcək. Müharibə zəngləri Yaxın Şərqdə çoxdan çalınır. Yalnız kar olanlar bu səsi eşitməyə bilər. İşlər yolunda getsə, İsrail Yaxın Şərqin yarısını ələ keçirəcək".

Kissincerin bu ifadələrini yaşlı adamın sayıqlamaları kimi qəbul etməliyik, yoxsa təhlükə doğrudan var? Həmçinin Kissincerin yəhudi dövlətinin dünyada supergücə çevrilməsini ortaya atması nələrdən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Demək olar ki, ərəb dövlətləri və bir çox digər dövlətlər öz xarici və daxili siyasətlırində müstəqil deyillər və o ölkələrdə baş verən proseslərin mərkəzi Tel-Əvivdir”.

Çinin təqribən 2030-cu ilə qədər hər sahədə dünyanın bir nömrəli ölkəsi onmağa can atdığını vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, buna baxmayaraq bəzi güclər, ailələr və qruplar Çini durdurmaqğa çalışırlar. Bunun da nəçqədər yaxşı və yaxud da nə qədər pis hal olduğunu bu gün deyə bilmərik:

“Kissincer dünya siyasətində ciddi fiqurlardan biridir. Xatırladım ki, SSRİ ilə soyuq müharibə zamanı məhz Kissincerlə Brezenskinin fikirləri, geosiyasi ideyaları sayəsində ABŞ SSRİ-yə qalib gəldi. Buna görə də çox yaşlanmasına baxmayaraq, Kissencer ABŞ xarici siyasət strategiyasında hər zaman və bu gün də xüsusi çəkiyə malikdir.

Əslində 3-cü dünya müharibəsi koronavirus dövründə gedir. Dünya bu gün bioloji müharibəni yaşamaqda davam edir. Bu müharibənin silahsız, yəni bioloji olmasının ən əsas səbəblərindən biri dünyada nüvə ölkələrinin mövcudluğudur. İkincisi isə müharibədən fərqli olaraq, bioloji silahın daha qlobal, planetar olduğunu görməkdəyik.

Çin 2030-cu ilə qədər hər sahədə dünyanın bir nömrəli ölkəsi olmağa can atır. Çin bu proqram üzərində özünü inkişaf etdirməldədir. Amma Çini bəzi güclər, ailələr və qruplar Çini durdurmağa çalışırlar. Bunun da nə qədər yaxşı və yaxud da pis hal olduğunu bu gün deyə bilmərik. Çünki fakt ondan ibarətdir ki, hır bir epoxanln öz oyunçusu, öz hegemon gücü olur. Bu gün o güc ABŞ-dır. Okeanın o tayında, ABŞ-da oturan güclər hər hansı bir coğrafiyaya dünya hegemonluğunun keçməsini istəmirlər.

Zaur Məmmədov: “Artıq 40 ildir ki, Ərəb ölkələri bu iki dövlətin dedikləri edirlər və onların buyruqlarından kənara çıxmırlar”.

Bu gün Ərəb ölkələri ABŞ-ın və İsrailin dedikləri ilə oturub dururlar. Artıq 40 ildir ki, Ərəb ölkələri bu iki dövlətin dedikləri edirlər və onların buyruqlarından kənara çıxmırlar. Görüntüdə olan Fələstin-İsrail münaqişəsində fələstinlilərin arxasında ərəb və islam dünyası əslində sözdədir. Fakt isə ondan ibarətdir ki, Türkiyəni çıxmaq şərtilə bu gün Fələstin arxasında hansısa böyük güclərin olduğunu görmürük.

Əslində Fələstin-İsrail müharibəsi, Ərəb-İsrail münaqişəsi sözdədir. Davranışda isə biz Səudiyyə Ərəbistanı və İsrail, Qətər-İsrail, Misir-İsrail arasında kifayət qədər inkişaf etmiş münasiblərin şahidiyik. Yəni demək olar ki, ərəb dövlətləri və bir çox digər dövlətlər öz xarici və daxili siyasətlırində müstəqil deyillər və o ölkələrdə baş verən proseslərin mərkəzi Tel-Əvivdir.

Ona görə də Kissencerin dediyi həqiqətdir. Söhbət İsrail tərəfindən fiziki olaraq Ərəb dünyasının işğalından getmir. Söhbət qeyri-fiziki işğaldan gedir ki, bu artıq baş tutmuş prosesdir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Kissincer


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay