Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Şurasının Baş katibi Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qarşılayıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qarşılayıb...

PİA.az-ın xəbərinə görə, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

"Bu gün İlqar Məmmədovun və Rəsul Cəfərovun Azərbaycan Ali Məhkəməsi tərəfindən bəraət alması təqdirə layiqdir. Avropa Şurası Nazirlər Komitəsinin dəfələrlə vurğuladığı kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını tələb edir. Məhkəmə qərarlarının icrasına nəzarət kontekstində bu addım Komitə tərəfindən nəzərdən keçiriləcək. Avropa Şurası Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə hər zaman hazırdır", - deyə Baş katibin bəyanatında deyilir.

Qeyd edək ki, Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədovun cinayət işi üzrə şikayətə baxılıb. Prosesdə elan edilən qərara əsasən, İ. Məmmədov barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Ali Məhkəmənin qərarı ilə mənəvi zərərə görə İlqar Məmmədova 234 min manat təzminat ödənəcək.

Ali Məhkəmənin plenumunda həmçinin İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə verilən şikayətə baxılıb. Qərara əsasən, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Ali Məhkəmənin qərarı ilə r. Cəfərova 57400 manat təzminat ödənəcək.(APA)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Ən çox oxunanalar