Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eltac Səfərli Azərbaycan Kubokunu qazanıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə keçirilən internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kubokunun qalibi müəyyənləşib...

106 şahmatçının qeydiyyatdan keçdiyi yarışda 92 şahmatçı mübarizə aparıb.

17 turdan ibarət olan internet üzərindən Birinci Azərbaycan Kubokunun qalibi Eltac Səfərli olub. Azərbaycan millisinin üzvü, Avropa çempionu 14 xal toplamaqla hamını qabaqlayıb. Hərəyə 13,5 xal toplayan yığma üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutublar.

Mükafata layiq görülən ilk 14 yerin sahibini sizə təqdim edirik:

1. Eltac Səfərli 14 xal
2. Rauf Məmmədov 13,5
3. Qədir Hüseynov 13,5
4. Nicat Abasov 13
5. Aydın Süleymanlı 11,5
6. Ülvi Sadıqlı 11,5
7. Vüqar Rəsulov 11,5
8. Nail Bəşirli 11,5
9. Vüqar Əsədli 11,5
10. Misrətdin İsgəndərov 11
11. Məhəmməd Muradlı 10,5
12. Namiq Quliyev 10,5
13. Abdulla Qədimbəyli 10,5
14. Zaur Bayramov 10,5

Reqlamentə əsasən, qadınlar arasında ən yaxşı nəticə göstərən altı şahmatçı - Gövhər Beydullayeva (30-cu yer; 9,5 xal), Günay Məmmədzadə (9,5 xal), Gülnar Məmmədova (9 xal), Xəyalə Abdulla (9 xal), Səbinə İbrahimova (9 xal) və Nərmin Xələfova (8,5 xal) pul mükafatı qazanıb.

16 yaşadək və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən Süleyman Süleymanlı (2006-cı il təvəllüdlü, 10 xalla 23-cü yer), Tunar Davudov (2009-cu il; 10 xal), Cahandar Azadəliyev (2010-cu il; 9,5 xal) və Şiroğlan Talıbov (2006-cı il, 8,5 xal) pul mükafatlarına layiq görülüb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3 000 manat qazanıb. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 manat əldə edib. Turnir "İdman TV" ilə canlı yayımlanıb.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ən çox oxunanalar