Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus qidalar vasitəsilə insana keçə bilərmi?

Koronavirusun qidalar vasitəsilə ötürülməsinə dair heç bir dəlil yoxdur. Ancaq sübutların olmaması heç yoluxma olmayacağı mənasına gəlmir...

Bülent Şık

“Bianet” qəzeti, Türkiyə, 31 mart 2020-ci il

Sosial mediada koronavirus ifadəsi çox istifadə olunsa da, “kəskin tənəffüs yolu sindromu” xəstəliyinə (SARS) səbəb olan koronavirus “SARS-CoV-2” adlandırılır.

Koronavirus, əsasən insanlarda və heyvanlarda (dəvə, mal-qara, pişik və yarasalar) ortaya çıxan böyük bir virus ailəsidir. SARS-CoV-2 virusu 2003-cü ildə bənzər bir epidemiyaya səbəb olan SARS-CoV virusunun yeni bir növü kimi qəbul edilir. Buna görə, yazıda buna koronavirus deyil, SARS-CoV-2 virusu deyəcəyəm.

İnsanlarda xəstəlik yaradan viruslar çoxalmaq üçün insan hüceyrəsinə ehtiyacı duyurlar. Bir sözlə, virusların orqan və ya toxuma içərisindəki bədən hüceyrəsinə çatması, o hüceyrələrə bağlanması və orada böyüməsi nəticəsində xəstəliyin əlamətləri ortaya çıxır.

SARS-CoV-2 virusu qida məhsullarına yalnız virusa yoluxmuş insanların öskürməsi və viruslu əlləri ilə qidaya toxunması nəticəsində keçə bilər. Lakin viruslar bakteriyalardan fərqli olaraq, qida üzərində çoxalmırlar. Yeməklərə infeksiya keçmiş olsa da, zaman keçdikcə virusların sayı azalacaq və artım olmayacaq.

SARS-CoV-2 virusunun bir gün boyunca karton qida qablaşdırmasında və bir neçə gün də plastik materiallarda qaldığı bildirir. Eyni zamanda viruslu səthlərə ya da əşyalara toxunduqdan sonra ağız, burun və ya gözlərə toxunmağın çox kiçik də olsa xəstəlik riski yaratdığı qeyd olunur.

Bununla yanaşı, bir çox parametrləri nəzərə alaraq aparılan akademik qiymətləndirmələrə əsasən, SARS-CoV-2-nin qidalar vasitəsi ilə ötürülməsi və tənəffüs sistemimizdə xəstəlik yaratmasına heç dair bir dəlil yoxdur. Həm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), həm də Avropa Qida Təhlükəsizliyi Təşkilatının (AQTT) açıqlamaları bu istiqamətdədir.

ÜST və AQTT-nin açıqlamalarında bildirilir ki, SARS-CoV-2 virusu daha çox asqırma və ya öskürək damlaları ilə vasitəsilə insana yoluxur. Virus damcılarının tənəffüs yollarından keçməsi və viruslu əllərlə ağıza ya da gözə toxunulması nəticəsində infeksiya bədənə daxil olur. SARS-CoV-2 xəstəliyinin viruslu qidalara və ya qida qablaşdırmalarına təmas etməsi nəticəsində xəstəlik riskinin yaranması ehtimalı çox aşağıdır və bu barədə heç bir qeyd yoxdur.

SARS-CoV-2 virusunun qidalar vasitəsilə ötürülməsinə dair heç bir dəlil yoxdur. Ancaq sübutların olmaması heç yoluxma olmayacağı mənasına gəlmir.

Elmi araşdırmalardan əldə edilən nəticələr qiymətləndirilərkən “heç vaxt olmaz”, “mümkünsüzdür” kimi ümumiləşdirmələrə yol verilmir. “SARS-CoV-2 virusu qida yolu ilə ötürülə bilməz”, deyərək insanları rahatlaşdıran ifadələrdən istifadə etmək akademik cəhətdən doğru deyil. Çünki yoluxma ehtimalı çox az olsa belə, istənilən zaman bu ehtimalın necə meydana gəldiyini göstərən bir araşdırma dərc oluna bilər.

Bəs narahat olmalıyıqmı? Təbii ki, xeyr.

Mövcud məlumatlara görə, SARS-CoV-2 virusunun qida yolu ilə ötürülməsinə dair bir dəlil olmadığı üçün indiki vəziyyətdə narahatlığımızı müəyyən qədər azalda bilərik.

Üstəlik, bu məsələ ilə bağlı olaraq SARS-CoV-2 virusu ilə eyni virus ailəsində olan, yəni bənzər genetik xüsusiyyətlərə sahib olan viruslar barədə də araşdırmalar aparılıb.

2003-cü ildəki SARS-CoV və 2012-ci ildə MERS-CoV epidemiyası zamanı bu virusların da qida yolu ilə ötürüldüyünə dair heç bir dəlil yox idi. Buna görə, SARS-CoV-2 virusunun qida yolu ilə ötürülməsi barədə narahat olmaq üçün hələlik heç bir səbəb yoxdur.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün bəzi tədbirlər almaq və evdə yemək hazırlayarkən bəzi gigiyena qaydalarına əməl etmək lazımdır. Bazarlıq edərkən də bəzi məqamları nəzərə almaq lazımdır. Məsələn, sözügedən virusa yoluxan şəxslərin sağalana qədər qida sektorunda işləməsi qadağan edilməlidir. Həmçinin, digər insanlar da əgər özlərini xəstə kimi hiss edirlərsə, ev bazarlığı etməməlidirlər. Hər birimiz ictimai yerlərdə, xüsusilə də mağazalarda digər insanlarla aramızdakı fiziki məsafəni (1,5-2 metr) qorumalıyıq. Yalnız alacağımız qidaya toxunmalı, digər qidalarla təmas yaratmamalıyıq. Əlavə olaraq, küçəyə çıxması qadağan edilən yaşlı insanlar üçün də bazarlıq edərkən bu qaydalara ciddi şəkildə əməl etmək lazımdır.

Qeyd edək ki, yeməklərin saxlanılması və bişirilməsi ilə də bağlı bəzi gigiyenik qaydalara əməl etmək vacibdir. Məsələn, yemək bişirməzdən əvvəl əllərimizi və qidaları su ilə yaxşıca yumalıyıq. Bunun üçün dezinfeksiya maddələrində istifadə etmək vacib deyil. Çünki təmizlik və dezinfeksiya vasitələrini uşaqlardan uzaq bir yerə qoymaq lazımdır. Bundan başqa, çiy qidalarla bişmiş qidaları bir-birindən ayrı tutmaq lazımdır. Bişirmə prosesi virusları məhv etdiyi üçün yeməkləri 72 dərəcədə və daha çox bişirmək faydalıdır. Virus qorxusu ilə qidanı uzun müddət yüksək temperaturda bişirməkdən çəkinməliyik. Çünki çox bişirdikdə qidaların tərkibindəki vitaminlər də ölür. Yeməkləri həmişə necə bişirirdiksə, bundan sonra da elə davam etməliyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay