Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Muradovun qardaşından sensasion müraciət: “Bu özbaşınalığa son qoyulsun”

Milli Fədailər Hərəkatının lideri Fuad Muradov qardaşı Rəhman Muradovun sərt ittihamlarına tuş gəlib...

Rəhman Muradov sosial şəbəkədə yazdığı statusda bəyan edib ki, kiçik qardaşı Fuad Muradov artıq dözülməz həddə çatıb: “Atamın və mənim çox yerlərdə adımızı hallandıraraq sui-istifadə edən bu vicdansiz ətrafına fədai adı altında adı dəfələrlə dələduzluqda hallanan şəxsləri yiğaraq, heç bir yerdə qeydiyyatdan keçməmiş "qurum" yaradaraq Prezidenti və atamı nüfuzdan salmağa xidmət edir.

Qardasım hansısa üzdəniraqlar tərəfindən idarə edilir, heç bir hüquqi əsası olmadan dövlət adından danışır, yüksək vəzifədə çalışan səxslər tərəfindən himayə olunması ilə bağlı fikirlər səsləndirilir. Mən burdan güc strukturlarına üzümü tutub deyirəm: Hal-hazırda ölkədəki durum göz qarşısındadır. Biz hamımız Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşməli olduğumuz halda, mənim kiçik qardaşım hansısa qara qüvvələrin tapşırığı ilə guya Əli Kərimlinin evi qarşısında mitinq edəcəyini deyərək, etiraz və xaos yaranmasına səbəb yaradaraq özü gizlənir, əhalinin meydanlara çıxmasına, ölkədə qarışıqlıq yaranmasına təkan verir. Xahiş edirəm ki, Fuad Muradovun bu günü və keçmişi ilə bağli araşdırma aparılsın və bu özbaşınalığa, son qoyulsun. Görün qardaşım nə vəziyyətdədir ki, öz şəxsi maraqları üçün atamı və məni xalq düşməni kimi təqdim edir.

Hörmətli güc strukturları, qardaşım Fuad barədə vaxtında tədbir görülməsə bilin ki, o fürsət tapıb xaricə qaçan kimi Maqsud Mahmudovdan betər olacaq. Sonra demədi deməyin. Buna kim icazə verib ki, Prezidentin təyin etdiyi məmuru çəkərək öz maraqları və digər insanların marağını təmin etmək üçün təhqir edə, imicinə xətər yetirə?! Bu insanı bu oyunlardan çixmağa vadar edən qüvvə və ya qüvvələr kimlərdir? Dövlətin nəzarət edən orqanları var, mediası var. Sən kimsən ki, araşdırma aparırsan, təlxəklik edirsən?! Mən heç bir partiya və qurumun üzvü deyiləm. Heç bir "qucaq" axtarmadan, heç bir təmənna güdmədən dövlətimin yanındayam. Mən bu dövlətin qanunlarına inanaraq hesab edirəm ki, yaxın günlərdə bu hadisələrə son qoyular. Fuad Muradov və onun yanındakılar, xaricdə olan, dezinformasiya ötürərək insanların nüfuzuna xələl gətirdikləri havadarları, buradakı ozünü media adlandıraraq mənfəət xətrinə ölkəyə zərbə vuran dırnaqarası medialar barədə lazımi araşdırmalara başlanılar”.

Rəhman Muradov daha sonra yazıb ki, baş verənlərlə bağlı mətbuat konfransı keçirmək istəsə də, atasının göstərişilə təxirə salıb: “Əziz dostlar, söz verdiyim kimi bu gün mətbuat konfransı keçirəcəkdim. Lakin atamın göstərişindən sonra müəyyən vaxta qədər təxirə salındı. Bildiyiniz məlum mövzu ilə bağlı atam Alik Muradov özü şəxsən açıqlama verəcək”.

Fuad Muradov isə Demokrat.az-a açıqlamasında qardaşının yazdıqlarını yalan adlandırıb. “Yazdıqları tamamilə yalandır və təşkilatımızın adına yapışmayan bir qardaş iftirasıdır. Ona qoşulanlar da bunu yaxşı dərk edir.

Qardaşım məni nə qədər küçümsə də, o özü milli fədailər hərəkatınin fədakar lideri Fuad Muradovun sevimli qardaşı kimi insanların beyninə həkk olunacaq. Bizi fərqli siyasi düşüncə yox, doğmalıq, eyni qan bağlayır”, - deyə Fuad Muradov bildirib.

Fuad və Rəhman Muradovlar “Qazaxlı Alik” kimi tanınan Alik Muradovun övladlarıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar