Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs edilən sabiq icra başçılarından xəbər var

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirib...

Bu barədə Trend-ə komitə sədri Tural Hüseynov məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı orada saxlanılan şəxslərin səhhəti, saxlanma şəraiti, rəftar və digər zəruri məsələlərlə maraqlanıblar:

“Monitorinqi komitənin sədr müavini Elçin Şirinovla keçirdik. Saxlanılan şəxslərdən əsasən Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini olmuş Ramiz Tatarov, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov və “Xəbərman” qəzetinin baş redaktoru Polad Aslanovla görüşdük.

Ümumiyyətlə, təcridxanada saxlanılan şəxslərin hər biri ilə fərdi görüşüb onların vəziyyəti ilə maraqlandıq. Heç bir saxlanılan, saxlanma şəraiti, qida, rəftar və digər məsələlərdən şikayət etmədi.

Nizaməddin Quliyev təcridxanada mütaliə ilə məşğuldur, özünü yaxşı hiss edir, Qoca Səmədov saxlanma şəraiti və qidadan razılıq edir, Ramiz Tatarov da heç nədən narazı deyildi. Bununla yanaşı, Fəxrəddin Abbasov və Polad Aslanov da saxlanma şəraitindən razıdır.

Saxlanılan şəxslər olan kameralar hər şəraitlə təmin olunub, kameralarda televizorlar da var idi. İstilik sistemi, rahatlığı normaldır, ayrılmış vaxtlarda gəzintiyə çıxırlar. Saxlanılan şəxslər dedilər ki, hər şey normaldır, ailə üzvləri ilə ayda iki dəfə, vəkillə istədikləri vaxt görüşürlər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar