Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon: “ABŞ artıq sualtı qayıqlarda kiçik qüvvəli nüvə başlıqlarını yerləşdirməyə başlayıb”

ABŞ sualtı qayıqlarda “W76-2” tipli aşağı qüvvəli nüvə başlıqlarını yerlşdirməyə başladığını bəyan edib

Bu informasiya müdafiə naziri Mark Esper tərəfindən, kolumbiyalı həmkarı Karlos Truxilyo ilə görüşdən sonra keçirilən mətbuat konfransında təsdiqlənib.

Onun sözlərinə görə bu raketlər Vaşinqtona hər an silahlı qarşdurmaya hazır olduğunu göstərmək, habelə qarşı tərəfi münaqişədən çəkindirmək üçün lazımdır.

“Aşağı qüvvəli nüvə başlıqları prezidentə müxtəlif hərəkət variantlarını seçməyə imkan verir. Biz əlmizdə münaqişələri durdurmaq iqtidarında olan bir çox vasitənin olmasını istəyirik. Əlbəttə ilk öncəliymiz savaşın önünü kəsməkdir, lakin zəruri halda biz onu udmağa da hazır olmalıyıq”,-deyə Pentaqonun rəhbəri bildirib.

Bununla bərabər Mark Esper ABŞ tərəfinin Strateji silahlanmanın məhdudlaşdırılması (SSM-3) kimi sazişlərin müddətini artılrıb-artırılmayacağı ilə bağlı suallarına cavab verməkdən boyun qaçırıb.

Qeyd olunur ki, Rusiya tərəfi, xarici işlər naziri Sergey Ryabkonun dilindən bununla bağlı çıxan xəbərlərə kəskin reaksya verib.

Lakin RF rəsmisi həmin raketlərin ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsilziyi üçün təhdid törətmədiyini vurğulayıb.

Bundan daha öncə, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Con Rud “W76-2”larla bağlı xüusi bəyanat verib.

Sənəddə nazirliyin “kiçik qüvvəli nüvə raketləri sayəsində ABŞ və onun müttəfiqləri üzərində üstünlük təmin etdiyini düşünən Rusiya kimi potensial düşmənlərə qarşı cavab məqsədilə öz ballistik raketlərinin modernləşdirmə işlərinə başladıqları” xüsusi vurğulanıb.

Bu ilin yanvar ayında isə Pentaqonun atom raketlər daşıya bilən strateji sualtı qayıqlara TridentII (D5) qitələrarası ballistik raketləri yükləməyə başladığı məlum olub.

Verilən roqnozlara əsasən ən az 20 Trident II (D5) raketləri “W76-2” başlıqları ilə təchiz olunacaq. Özü də bir raketə bir neçə başlıq qoyula biləcək.

Bu sualtı gəmilərdən biri, “Ohio-Tennessee” 2019-cu ilin dekabrından ABŞ-ın Atlantik okeanın “Kings-Bay” strateji bazasından döyüş növbəsinə çıxmağa başlayıb.(musavat.com)

pia.az


Etiket: Nüvə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Ən çox oxunanalar