Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

25-ci dairədə qırğın: Sədaqət Vəliyeva, yoxsa İradə Cavadova? – Foto

25 saylı Nizami ikinci seçki dairəsində iki xanım namizəd arasında əsas rəqabət gedir...

Onlardan biri vəkil İradə Cavadova və V çağırış üzrə deputat Sədaqət Vəliyevadır.

Məlumatlara görə, hər iki namizədin təbliğatı gedir, siyasi hakimiyyət də güclərin balansını qiymətləndirərək seçim edəcək.

Amma bu dairə üzrə seçicilər S.Vəliyevanın fəaliyyətindən narazılıq edirlər. Onların sözlərinə görə, keçmiş deputat parlament üzvü olduğu dövrdə onlarla maraqlanmayıb, hər hansı problemlərinin həllinə nail olmayıb.

İradə Cavadova isə ilk dəfə bu dairədən seçkiyə qatılsa da, ictimaiyyətin yaxşı tanıdığı vəkildir, aktiv xanımdır, bir sıra hüquq pozuntularına qarşı mübarizə aparıb. Müstəqil vəkil kimi tanınan İ.Cavadova həmişə obyektiv tənqidlər səsləndirib.

S.Vəliyevaya gəlincə, passiv deputat siyahısında adı olub. S.Vəliyeva məhz siyasi dayaqlarının hesabına iki dəfə mandat sahibi olduğu iddia edilir.

Bir sıra millət vəkilləri var ki, fəallıq nümayiş etdirirlər. Seçiciləri dinləyirlər, imkan daxilində problemlərini yuxarı instansiyalara çatdırırlar, Milli Məclisdə müxtəlif məsələlər qaldırırlar. Sədaqət Vəliyevanın nə səsini eşidiblər, nə üzünü görüblər.

S.Vəliyeva 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir.

Araşdırmalar göstərir ki, Sədaqət Vəliyeva tutduğu 3 vəzifənin heç birində özünü doğrulda bilməyib. Məsələn, onun baş həkimi olduğu 4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət açıq şəkildə tüğyan etməkdədir.(Reportyor.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Ən çox oxunanalar