Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin nəzərinə: Bu ərazilərdə radara düşmüsünüzsə, ləğv olunmalıdır

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar...

Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq. Sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır. Bəs, radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sürət həddini aşan sürücüləri cərimələk hüququ varmı?
Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) ilə əlaqə saxladıq.

PİA.az xəbər verir ki, BDYP rəsmisi polkovnik Mübariz Ağayev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, avtomobillərin sürət həddinə nəzarət edilməsi üçün yollarda quraşdırılan mobil və ya stasionar radarlar "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanunun əllinci maddəsinin yeddinci bəndinə əsasən nizamlanır. Həmin qanun belədir:

"Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır".

Polkovnik Mübariz Ağayev bildirdi ki, bu qanuna əsasən yollarda radarların mövcudluğu barədə müvafiq nişanlardan, ya da həmin yerdə maksimum sürətin məhdudlaşdırılması lövhəsi yerləşdirilməlidir: "Radarların hansı ərazidə yerləşdirilməsi isə bir neçə qurumun birgə fikri əsasında razılaşdırılır. Radar yerləşdirilərkən ərazidə baş vermiş qəzalar, hüquq pozuntuları, yolda hərəkət şəraitinin xüsusiyyətləri, piyadaların hərəkətinin intensivliyi və sair nəzərə alınır. Radarlar arasında məsafənin nə qədər olması barədə isə konkret rəqəmlər yoxdur".

Mövzu ilə bağlı sürücülər arasında mübahisəli məsələlərdən biri də lövhələrin olmadığı yerlərdə mobil və ya stasionar texniki vasitələrdən istifadə edilib-edilməməsidir. BDYP rəsmisi bildirdi ki, müəyyən edilmiş nişanlar yoxdursa həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz: "Əgər avtomobilin radara düşdüyü ərazidə müəyyən edilmiş məsafədə lazımi nişan lövhələri quraşdırılmayıbsa, sürət həddi ilə bağlı yazılmış protokola xitam verilir. Yox əgər bütün nişanlar varsa mobil və ya stasionar texniki vasitələrdən istifadə edilməsi tam qanunidir və cərimə ödənməlidir".

pia.az


Etiket: radar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay