Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Haftar əhalini Türkiyə ordusuna qarşı silahlanmağa çağırıb

General Xəlifə Xəftərin rəhbərlik etdiyi Liviya Milli Ordusu əhalini Türkiyə ordusuna qarşı silahlanmağa çağırıb...

“Sözcü” qəzetinin verdiyi xəbərə görə, bu barədə Liviya Milli Ordusunun “Twitter” səhifəsində məlumat verilib.

Buna Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə dair qəbul etdiyi qərarın səbəb olduğu göstərilib.

“Vətəni qorumaq xalqın borcudur”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Liviya Milli Razılıq Hökuməti ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb. Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb. Yanvarın 2-də isə Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası keçirilib. TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib. Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar