Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dələduzluğa görə məhbəsə atılan tikinti maqnatı “içəri”dən çıxarıldı: İlham Qasımovu kimlər himayə edir?

Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 il azadlıqdan məhrum edilən “Real” MTK və “Sahil” D şirkətlərinin sahibi, iş adamı İlham Qasımov azadlığa çıxıb...

İlham Qasımov bina tikintisi ilə məşğul olduğu dönəmdə yüzlərlə eyni mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurmaqla bərabər, tanınmış iş adamları Gülağa Tənhanı 19 milyon, Mövlanə Əli Mərcansoyu isə 10 milyon dollar maddi zərərə salıb.

İlham Qasımov məhkəmə prosesində Gülağa Tənhanın 19 milyon dollarını bacısı oğlu Sahil Cahangirlinin aldığını və xərclədiyini etiraf edib. Bundan başqa, dələduzluqda ittiham olunan iş adamı 2007-ci ildə Türkiyədə tanınan və Azərbaycanda tikinti biznesinə başlayan “Mərcansoy” Şirkətlər qrupunun sahibi Mövlanə Əli Mərcansoyu ortağı Sahib İbrahimovla birlikdə aldadaraq, ona 10 milyon dollara yaxın məbləğdə maddi ziyan vurub.

Yenicag.az-a daxil olan məlumata görə, İlham Qasımov iş adamı Gülağa Tənhanın 19 milyon dollarını qaytarıb. Eyni zamanda, İlham Qasımovun azadlığa çıxması üçün yaxınları Arifə Qasımova, Kəmalə Qasımova və övladlarının adına olan bir çox obyektləri, torpaq ərazilərini, həmçinin xaricdəki biznesini satdığı da iddia olunur.

Yüzlərlə vətəndaşı, bir neçə iş adamını aldadaraq milyonçuya çevrilən və 12 il həbs cəzası alan birisinin cəzasının yarı hissəsini çəkməmiş azadlığa buraxılması birmənalı qarşılanmır.

Mövzuya qayıdacağıq.

pia.az


Etiket: İlham Qasımov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Ən çox oxunanalar