Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bombardirlər siyahısında Levandovski birinci, Messi 10-cu yerdədir

Avropanın ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb...

Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi cədvəldə “Qızıl buts” uğrunda mübarizədə ilk 12 pillədə qərarlaşan futbolçular yer alıb.

Siyahıya “Bavariya”nın polşalı qol maşını Robert Levandovski başçılıq edir. Hesabında 19 qol olan hücumçunun aktivində 38 xal var.

Bundesliqanın digər təmsilçisi Timo Verner ikincidir. 36 xala malik “Leypsiq”in bombardiri 18 top vurub.

İlk “üçlüy”ü Çiro İmmobile qapayır. “Latsio”nun təcrübəli forvardı liderdən 2 top və ya 4 xal geri qalır.

İlk “12-lik”də yer alan futbolçulardan altısı əmsalı 2-yə bərabər olan çempionatları təmsil edir. Bu rəqəm 1,5 olan 4 liqa da siyahıda təmsil olunub.

Əmsalı 1-ə bərabər olan Estoniya və Farer adaları çempionatının bombardiri də ən yaxşılar arasındadır. Son üç mövsümdə mükafata yiyələnən Lionel Messi 10-cu yerə şərikdir. O, liderdən 7 qol və ya 14 xal geri qalır.

“Qızıl buts” mükafatı uğrunda mübarizənin liderləri

1.Robert Levandovski (Bavariya, Almaniya) – 38 (19x2)
2. Timo Verner (Leypsiq, Almaniya) – 36 (18x2)
3. Çiro İmmobile (Latsio, İtaliya) – 34 (17x2)
4. Ceymi Vardi (Lester, İngiltərə) – 32 (16x2)
5. Erik Sorqa (Flora, Estoniya) – 31 (31x1)
6. İlya Şkurin (Zvezda, Belarus) – 28,5 (19x1,5)
7-8. Şon Veysman (Volfsburq, Almaniya) – 25,5 (17x1,5)
Kamil Vilçek (Brondbü, Danimarka) – 25,5 (17x1,5)
9. Klement Olsen (Runavik, Farer adaları) – 25 (25x1)
10-12. Kərim Benzema (Real, İspaniya) – 24 (12x2)
Erlinq Holand (Zalsburq, Avstriya) – 24 (16x1,5)
Lionel Messi (Barselona, İspaniya) - 24 (12x2)

Qeyd: futbolçunun hesabındakı xallardan sonra mötərizədə vurduğu qol sayı və çıxış etdiyi çempionatın əmsalı əks olunub.(apa)

pia.az


Etiket: Levandovski Messi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay