Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi araşdırmalara başlayıb

Dövlət Komitəsi Bakıda uşaqların ögey anaları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırmalara başlayıb

Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

O bildirib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir:

“Bu məlumatdan xəbərdarıq. Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək. Ümumiyyətlə, uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılıq növlərindən istifadə etmək yolverilməzdir. Həmin zorakılıq faktları törədən şəxslərin əlindən uşaqların məhkəməyə müraciət edərək alınması məsələsi hər zaman aktual olub. Buna görə də valideynlər və valideyn hüquqlarından istifadə edən şəxslər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Həmin şəxslər fiziki zorakılıq törədəndə və himayəsində olduğu uşağa məsuliyyətsiz yanaşanda məhkəmə qərarına əsasən, öz hüquqlarını itirirlər. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Hadisəni törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Bildirilib ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb.

Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadırlar. Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar