Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda növbəti “Abad həyət”lər sakinlərin istifadəsinə verildi

Rayon ərazisində, xüsusilə 1-5-ci mikrorayonlarda “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində 140-a yaxın həyət və binaların yenidən qurulması, əsaslı təmir işləri aparılıb...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, küçə və səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Rayon ərazisində, xüsusilə 1-5-ci mikrorayonlarda “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində 140-a yaxın həyət və binaların yenidən qurulması, əsaslı təmir işləri aparılmışdır.

Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklar əsaslı təmir olunur, yeni parklar və yaşıllıq zolaqları salınır, binaların həyətlərinə yeni skamyalar, söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi 34, 38, 42 və 46 saylı binaların əhatə etdiyi məhəllələrdə növbəti 4 “Abad həyət” sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanlardakı binaların fasadları, dam örtükləri əsaslı təmir edilmiş, blok girişləri, blok qapıları və pəncərələri yenilənmiş, girişlərin pilləkənləri və divarları əsaslı təmir olunmuş, avtomobillərin saxlanması üçün yerlər təşkil edilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün söhbətgah və oturacaqlar quraşdırılmışdır.

“Abad həyət”lərdə uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman-fitnes qurğuları quraşdırılmış, həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhələri yaradılmışdır. Məhəllələrdə yaşıllaşdırma işləri aparılmış, qazonlar və həyətlərə həmişəyaşıl ağaclar əkilmişdir.Binaların həyətlərində asfaltlaşma və təmizlik işləri aparılmış,tamet döşənmiş, bardyurlar qoyulmuş mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Yeni yaradılmış “Abad həyət”lərdə müasir işıqlandırma dirəkləri quraşdırılmışdır.

Yenidən qurulmuş həyətlərin sakinləri aparılan abadlıq və yaşıllaşdırma işlərinə, yaradılan rahatlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar