Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizimkilər çox tamahkardırlar” – Sosioloqdan dindarlara ittiham...

Sosioloq: Ziyarətgahlarda və pirlərdə, həmçinin məscidlərdə yığılan nəzirlərin, edilən ehsanların xərclənmə, sərf olunma qaydalarının tənzimlənməsinə ehtiyac var”

“Artıq yas yerlərində ehsan vermək adət olmaqdan keçib. Həmin yas yerləri mafioz şəbəkələrin obyektinə çeviriblər və bu işə böyük gəlir mənbəyi kimi baxırlar”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu yas yerlərində ehsan verilməsinin qanunla qadağan olunması ilə bağlı müzakirlərə fikir bildirərkən dilə gətirib.

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsində yas mərasimlərində ehsan verilməsi cəmiyyətdə ciddi müzakirələrə və fikir qarşıdurmalaına səbəb olub. Məsələnin aktuallığını nəzərə alaraq PİA.az bu mğvzu ətrafında sosiaolq Əhməd Qəşəmoğlu ilə müsahibəni oxucularının diqqətinə cəlb edir.

Əhməd Qəşəmoğlu: “Siyavuş Novruzovun dediklərində müəyyən həqiqətlər var. Bundan əlavə, qəzetləri baş sağlığı yerinə çeviriblər. Doğrudan da, hər bir qəzet öz məzmununa uyğun fəaliyyət göstərməlidir”.

- Əhməd müəllim, Milli Məclidin payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi müzakirəyə təqdim ediləcək. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, yas mərasimlərində yemək verilməsi qanunla qadağan olunacaq. Ümumiyyətlə “ehsan qadağası”nı sosial bir hadisə olaraq necə dəyərləndidrsiniz? Bu mental dəyəri ortadan qaldırmağı doğru hesab edirsinizmi?

- Dəfələrlə qeyd etdiyim kimi, əgər hər hansı bir davranışı həqiqətən əsaslandırıb, mənfi hesab ediriksə və ona qarşı uzun illər maarifləndirmə işləri görürüksə və bu da təsir etmirsə, bu zaman ancaq inzibati yollara müraciət etmək lazım gəlir. Çünki bizdə artıq yas yerlərində ehsan vermək adət olmaqdan keçib. Həmin yas yerləri mafioz şəbəkələrin obyektinə çeviriblər və bu işə böyük gəlir mənbəyi kimi baxırlar. Ehsan məsələsinin əslində islam dininə aidiyyatı yoxdur. İslam dinində elə bir şey yoxdur ki, kimsə öləndən sonra onun üstündə böyük bir təntənə keçirilsin. Bir insan rəhmətə getdisə, qalan insanların borcu onun cənazə namazını qılıb dəfn etməkdir. Qalan şeyləri isə biz elə etməliyik ki, dinə və insanların ümumi həyat tərzinə uyğun olsun.

Azərbaycanda hal-hazırda ən böyük problem sosial balansdır. Buna maddi dəyərlərin mənəvi dəyərlərdən önə keçməsini misal çəkmək olar. Biz çalışmalıyıq ki, mənəvi dəyərlərə fikir verək. Hüzr mərasimlərini elə keçirək ki, daha məzmunlu olsun və rəhmətə gedənin ruhuna hüzur və rahatlıq gətirsin. Ehsan əslində bizim millətin qonaqpərvərliyindən doğan adətdir. Ancaq indi bu ehsan məsələsi artıq evinə gələn qonağa süfrə açmaq anlayışından çıxıb. Bu artıq şan-şöhrət yarışına çevrilib. İndi kimsə rəhmətə gedən kimi deyirlər ki, sabah filan saatda və yerdə ehsan paylanacaq. O zaman da hər kəs gedir, ancaq yeyir-içir, sonda da molla bir dua oxuyur və bununla da məclis dağılır. Sanki hər kəs elə yemək yeməyə gəlmişdi.

O vaxtı peyğəmbərlər və müdrik insanlar da məsləhət görmüşdü ki, belə günlərdə az insan bir yerə toplaşsın. İndi isə bu cür yas mərasimi keçirmək kənar millətlərin gözü ilə baxdıqda çox mənfi göstəricidir. Ona görə, təkcə yaslarımızı deyil, toylarımızı da qaydada salmaq lazımdır. Bu səbəbdən, Siyavuş Novruzovun verdiyi müsahibədəki fikirləri başadüşüləndir. Çünki doğrudan da məclisdə çox oturmaq məsələsi ciddi problemdir. Dəfələrlə özüm şahidi olmuşam ki, kimsə az oturanda elə bilir ki, yas yerinə qarşı hörmətsizlik edib. Amma, əslində, sadəcə "başın sağ olsun" deyib, getmək daha yaxşıdır.

Yəni orada yarım saat, bəzən də bir saat dayanmaq yersizdir. Ona görə də, Siyavuş Novruzovun dediklərində müəyyən həqiqətlər var. Bundan əlavə, qəzetləri baş sağlığı yerinə çeviriblər. Doğrudan da, hər bir qəzet öz məzmununa uyğun fəaliyyət göstərməlidir.

Əhməd Qəşəmoğlu: “Məhərrəmlik mərasimini yasla bir tutmaq olmaz. Mənə elə gəlir ki, ehsan verilməsinin ancaq yas yerlərinə şamil edilməsi qanunda öz əksini tapacaq”.

Belə hallarda da baş redaktorlar düşünürlər ki, işçiyə nə ilə maaş verəcək. Gərək işçiyə elə bununla maaş verilsin? İşi elə qurmaq lazımdır ki, gəlir ancaq baş sağlığından gəlməsin. Baş sağlıqları siyasi məsələ deyil ki? Bəzən görürük ki, vəzifəli bir şəxsin yaxın qohumu ölür, onda da yerindən duran ona başsağlığı verir. Ona görə də, yaş mərasimləri ilə bağlı aparılan müzakirələr, məncə, doğru addımdır, amma təbii ki, müəyyən ölçüdə olmalıdır. Elə etmək lazımdır ki, milli hissiyata zərbə dəyməsin. Bu işi müəyyən bir çərçivə daxilində etmək mümkündür.

- Bizdə ehsanlar təkcə yas mərasimlərində verilmir. Eyni zamanda Məhərrəmlik mərasimlərində də ehsanlar verilir. “Ehsan qadağası”nın Məhərrəmlik mərasimlərinə də şamil olunmasına necə baxırsınız? Bunu doğru və ədalətli hesab edirsinizmi?

- Bu, başqa bir məsələdir. Məhərrəmlik mərasimini yasla bir tutmaq olmaz. Mənə elə gəlir ki, bu məsələnin ancaq yas yerlərinə şamil edilməsi qanunda da öz əksini tapacaq. Belə olsa, daha yaxşı olar. Çünki insan toy üçün 3-4 ay hazırlaşır. Yas mərasimi isə elədir ki, qəfil bir insan ölür və bu zaman mərhumun yaxınlarının çörək almağa belə pulu olmadığı üçün çox pis vəziyyətə düşür. Sırf yasa görə, kredit götürənlər, borca girənlər olur və çox adam heç borc vermir. İnanın, mən şahid olmuşam ki, bir adamın yaxın qohumu rəhmətə gedib və vəziyyət çətin olduğundan ölən yaddan çıxıb, adamı dərd götürüb ki, ehsanları necə verəcək. Ona görə, bu məsələlər vaxtın tənzimlənib və insanlar da çox yaxşı baxır.

Yas yerlərində hər şey tənzimlənib və insanlar da bunu çox yaxşı qiymətləndirir, heç kimin hissiyatına toxunmur və heç vaxt da Məhərrəmlik ayında ehsan vermək qadağan olunmayıb. Digər tərəfdən isə Məhərəmlik ehsanları daha çox ehtiyacı olan insanlar üçün verilir.

Əhməd Qəşəmoğlu: “Siz heç eşidibsinizmi ki, hansısa bir məscid və ya dini idarə kiməsə oxumağa və ya müalicəyə kömək etsin?”.

- Verilən nəzirlər və ianələr də ehsan hesab olunur. Sosioloq olaraq nəzir və ianələrin xeyriyyəçiliyə, o cümlədən xəstəxanalara, uşaq və qocalar evlərinə, əlil uşaq evlərinə sərf olunmasını, təhsil ocaqlarına sərf olunmasının qanunla tənzimlənməsinə necə baxırsınız?

- Mən buna kifayət qədər yaxşı baxıram və bu, mütləq həyata keçirilməlidir. Dəfələrlə demişəm, məsələn, mən Avropada olarkən maraqlanmışam və görmüşəm ki, kilsələr çoxlu xeyriyyə işləri görür. Amma bizdə mən hələ eşitməmişəm ki, bir məscid və ya dini xadim kiməsə oxumaqda, müalicə olunmaqda kömək etsin. Mən bir dəfə bir nəzir qutusuna nəzarət edən adamla maraqlanmışdım. O, özü və övladları üçün orada böyük bir dəm-dəstgah qurmuşdu ki, hamı ondan danışırdı. Məlumdur ki, o qutudan çıxan vəsaitin bir qismi ona qalır, çoxunu da Bakıya göndərir. Siz heç eşidibsinizmi ki, hansısa bir məscid və ya dini idarə kiməsə oxumağa və ya müalicəyə kömək etsin?

Amma mən Hollandiyada olanda oradakı azərbaycanlılar demişdi ki, biz müsəlman olduğumuz halda kilsəyə müraciət etdikdə bizə də kömək edirlər. Yəni xristian kilsəsi müsəlmanlara da kömək edir. Mən orada ikən din xadimlərindən də soruşdum ki, müsəlmanlar niyə kömək edildiyi mənə maraqlıdır. Onlar isə dedilər ki, burada qəribə heç nə yoxdur, əksinə bu, bizim üçün savabdır. Başqa dindən olan biri kömək istəyirsə, biz ona da kömək edərik. Bizdə isə nəinki başqa dindən olana, hətta öz dinimizdən olan və çox böyük köməyə ehtiyacı olanlara da bir məscid və dini qurum tərəfindən kömək edildiyini eşitməmişəm. Bizimkilər çox tamahkardırlar. Ona görə, ziyarətgahlarda və pirlərdə, həmçinin məscidlərdə yığılan nəzirlərin, edilən ehsanların xərclənmə, sərf olunma qaydalarının tənzimlənməsinə ehtiyac var.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar