Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın İrana gizli hücumunun təfərrüatları

2019-cu il iyunun 20-də ABŞ ordusunun kiberkomandanlığı İranın İnqilab Keşikçiləri Korpusunun kompüter şəbəkəsinə hücum həyata keçirib və məxfi məlumat bazasını məhv edib

Bu hücumun təfərrüatları haqda “The New York Times” qəzeti yazır. Məlumata görə Pentaqonun hakerləri raket buraxılışlarını tənzimləyən proqram sistemini iflic ediblər. Bu hücuma bəhanə kimi ABŞ daxili təhlükəsizlik nazirinin İran hakerlərinin Birləşmiş Ştatların dövlət və özəl strukturlarına qarşı aqressiv fəaliyyətinin artdığı barədə bəyanatı olub.

Qəzet yazır ki, Tehran bu hücumun nəticələrindən hələ də özünə gəlməyib. Təxminən həmin hücumun həyata keçirilməsindən bu yana İnqilab Keşikçiləri Korpusu Fars körfəzində neft tankerlərinə qarşı praktiki olaraq heç bir hücum həyata keçirə bilməyib. Çünki proqram sisteminin sıradan çıxması nəticəsində hərbi bölmələr arasında rabitə pozulub. Vaşinqton bu hücumu ABŞ pilotsuz kəşfiyyat təyyarəsinin Hörmüz körfəzi üzərində İran tərəfindən vurulmasına cavab kimi qiymətləndirir.

ABŞ hərbi hakerlərinin məhv etdiyi məlumat bazasında İnqilab Keşikçiləri Korpusu üçün kritik əhəmiyyətli məxfi məlumatların da yer aldığı bildirilir.

Xatırladaq ki, iyunun 18-də ABŞ-ın “RQ-4 Global Hawk” pilotsuz kəşfiyyat təyyarəsi İran İnqilab Keşikçiləri Korpusu tərəfindən Hörmüz boğazı üzərində, beynəlxalq hava məkanında vurulub. ABŞ prezidenti Donald Tramp bu hücuma cavab olaraq İranın üç hərbi obyektinə hava zərbələrinin endirilməsinə əmr verib. Lakin hücumun başlamasına cəmi 15 dəqiqə qalmış əmri təxirə salıb.

İran Silahlı qüvvələrinin Baş qərargah rəisi, general-mayor Hüseyn Bageri təsdiq edir ki, ABŞ həqiqətən İrana hücum ərəfəsində olub. Lakin İranın çəkindirici qüvvələrinə görə planını təxirə salıb.

ABŞ bizə qarşı praktiki addımlar atmalı idi, lakin ehtimal olunan qurbanların sayının çox olmasına görə onlar həmin qərarı ləğv etdilər. Əsas səbəb isə İranın çəkindirici qüvvələri idi”,-general deyib.(virtualaz.org)

pia.az


Etiket: ABŞ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar