Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patruşev bu məqsədlə İrəvana gedir – Şərh

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev avqustun 12-də İrəvana gedəcək

O, İrəvana formal olaraq erməni həmkarı Armen Qriqoryanın dəvətilə gedir, çünki bir il əvvəl Ermənistanın Təhlükəsizilik Şurasının katibi Moskvaya səfər edib rusiyalı həmkarını İrəvana dəvət etmişdi.

PİA.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, buna baxmayaraq, N.Patruşevin istənilən ölkəyə səfəri adi gəzinti sayılmır:

“Patruşev ölkəsində əsas vəzifələrdən birinin sahibi olmaqla yanaşı Kreml sahibi Vladimir Putinin dostudur və Rusiya Prezidentinin xüsusi və açıq danışılmayan tapşırıqlarını həyata keçirir. Hazırda MoskvaErmənistanın baş naziri Nikol Paşinyanın siyasətində iki istiqamət narahat edir. Birincisi, Paşinyan Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir. İkincisi, Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki “prezident seçkisində” öz adamını oturtmağa çalışır, Moskva bunu da istəmir. Patruşev böyük ehtimalla Ermənistan hakimiyyətinin diqqətinə bu iki məsələni çatdıracaq”.

E.Şahinoğlu qeyd edib ki, N.Paşinyan hər iki məsələdə israrlıdır:

“Köçəryanı həbsdən buraxsa Qarabağ klanının simasında qarşısındakı müxalifət güclənəcək. Dağlıq Qarabağda isə öz adamını ona görə oturtmağa çalışır ki, ona qarşı qiyam Xankəndidən başlamasın. Ancaq Paşinyan bunları həyata keçirərkən Moskvanın maraqları ilə tərs düşür və bu tərsliyin Ermənistanın baş nazirinə necə baha başa gələ biləcəyini anlatmaq üçün Patruşev İrəvana gedir”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay