Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi hissədəki partlayışa görə cinayət işi açıldı - Rəsmi

Respublika Hərbi Prokurorluğu hərbi hissədə baş verən hadisə ilə bağlı məlumat yayıb

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunur ki, iyunun 6-da baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gedib. Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Məlumatda qeyd olunur ki, hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Hərbi Prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.

Bildirilir ki, cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir.

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
Nazirliyin yaydığı məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar. Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb. (Bakupost.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Ən çox oxunanalar