Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq: Gürcüstanda hakimiyyəti devirmək və qiyam planlaşdırılmışdı

Tbilisidə iyunun 20-dən 21-nə keçən gecə zor gücünə hakimiyyətin devrilməsi və qiyam planlaşdırılıb

Bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.

Prokuror Koka Katsitadze deyib ki, Baş ProkurorluqDaxili İşlər Nazirliyi iyunun 20-i və 21-də parlamentin binası qarşısında keçirilən aksiyada kütləvi zorakılığın təşkili ilə bağlı intensiv istintaq tədbirləri həyata keçirir: “İstintaq tədbirləri, sübutlar və şahid dindirilmələri zamanı müəyyən olunub ki, iyunun 20-dən 21-nə keçən gecə bir qrup şəxs zor gücünə qiyam yolu ilə hakimiyyəti devirmək niyyətində olublar. Bu niyyətin ilkin mərhələsinin reallaşdırılması üçün Gürcüstan parlamentinə hücum, daha sonra isə bütün ölkə ərazisində cinayət əməlləri planlaşdırılıb. Bu niyyətlər hüquq mühafizə orqanları əməkdaşlarının səyləri nəticəsində neytrallaşdırılıb”.

Prokurorun sözlərinə görə, aksiya ilə bağlı aparılan istintaqın maddəsi dəyişdirilib: “İstintaq Cinayət Məcəlləsinin “Gürcüstanın konstitusion quruluşunun zorakılıqla dəyişdirilməsi məqsədilə əlbirlik və ya qiyam” maddəsi üzrə davam etdirilir. Yaxın zamanlarda təqsirləndirilən şəxslərin sayı artacaq və bu barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək”.(“Report”)

pia.az


Etiket: Gürcüstan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay