Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-də qarşıdurma, veriliş yayımdan çıxarıldı 

“Qeyri-peşəkar insanlar peşəkarlara meydan oxuyur”

AzTV-də yayımlanan “Palitra ART” verilişinin yayımı dayandırılıb. Proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib.

İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib:“Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir”.

A.İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib: “Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?”.

Məlumata görə, Kreativ şöbənin üzvləri aparıcılardan yeni proqramlar çəkməyi və verilişləri ilk onlara göstərməyi tələb edib.

Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan “Anşlaq” proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay