Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç Rusiya zabiti Suriyada belə öldürülüb...

“Novaya qazeta” Suriyada üç Rusiya zabitinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsinin təfərrüatlarını dərc edib

Qəzetin yazdığına görə Rusiya zabitlərinin olduğu UAZ avtomobili kalondan ayrılıb və İŞİD terrorçularının pusqusuna düşüb. Hərbçilər Deyr əz-Zor əyalətində yerləşən neft yatağı rayonunda Rusiya ordusunun müşahidə postunun yaradılması üçün getmişdilər.

Hərbçilərin öldürüldüyü barədə elə həmin gün-fevralın 22-də RusiyaSuriya hərbçilərinin tərəfində döyüşən mənbədən məlum olub. Lakin qəzet hücum zamanı əsir götürülən hərbçilərin azad edilməsinə yönəlmiş mümkün danışıqları və ya əməlyyatı pozmamaq üçün məlumatı dərc etməyib.

Nəhayət ötən gün Rusiya Müdafiə Nazirliyi zabitlərin Suriyada öldürüldüyünü təsdiqləyib. Və qəzet təfərrüatları dərc etməyi qərara alıb.

Bildirilir ki, 928159 nömrə nişanlı UAZ Deyr-əz-Zor əyalətinin səhralıq ərazilərində pusquya düşüb. Maşında üç Rusiya hərbçisi (ikisi polkovnik, biri mayor) və onların tərcüməçisi, Suriya ordusunun polkovniki, Kuseyrdən olan xristian Monzer Luis olub.

Pusqu Əl-Mayadin yaşayış məntəqəsindən 40 kilometr məsafədə qurulub. Avtomobil güllələrdən deşik-deşik olmuş vəziyyətdə aşkarlanıb. Arxa və qabaq oturacaqlarda qan izi, yaxınlıqda qan gölməçəsi və iki zabitin hərbi ləvazimatının detalları aşkarlanıb. Qəzetin dərc etdiyi fotoya əsasən UAZ gülləbaran edilib, maşında olanların silahlarına əl atmaq və döyüşmək üçün heç bir saniyə də olsun vaxtı olmayıb.

Hesab edilir ki, UAZ-ın iki sərnişini yerindəcə ölüb, onların cəsədlərini hücum edənlər sağ qalan iki zabitlə birlikdə aparıb.

Məlumata görə UAZ Rusiya hərbçilərinin 6 maşından ibarət kalonunda hərəkət edirdi. Kalonda habelə pulemyotlarla təchiz edilmiş iki pikap yer alırdı. Lakin məlum olmayan səbəbdən UAZ kalondan ayrılıb və pusquya düşüb.

Hadisə yerində olanlar deyirlər ki, görünür rusiyalı zabitlər pusquya qəfil yaxalanıblar. Onlardan ikisi yerindəcə ölüb, qalan ikisi bir neçə saat sonra güllələnib. Rusiya Müdafiə Nazirliyi tezliklə zabitlərin xilas edilməsi üçün əməliyyata başlayıb. Terrorçuların səhrada mövqeləri aşkarlanıb və məhv edilib. Həmin dəstə həlak olan zabitlərin cəsədlərini də tapıb götürüb.

Ehtimal olunur ki, Rusiya zabitlərinin olduğu UAZ barədə İŞİD-çilərə Suriya hökumət qüvvələrinin tərəfində döyüşən, əvvəllər terrorçu qruplaşmaların tərkibində yer alan hansısa mənbə məlumat ötürüb. Digər mənbə isə məlumatın İrana bağlı qruplardan ötürülə biləcəyini deyib.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar