Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duanın təsirləri ilə bağlı maraqlı araşdırma

Bütün dinlərdə dua əsas ayin hesab olunur

Elm Allaha dua edərək fiziki olaraq gücləndiyimizi sübut edir.

Elm Allahın mövcudluğunu sübut edə bilməməsinə baxmayaraq, araşdırmalar göstərir ki, xəstəliklərin müalicəsində dualar güclü təsirə malikdir. Alimlər deyir ki, prosesin özü faydalı fizioloji təsirlərə malikdir.

Dua buddizmdə meditasiya və ya yoqada tənəffüs texnikalarına yaxındır. O, zehni açır, ağıl ilə bədən bir nöqtədə fokuslanır ki, bu da insana fiziki və mənəvi rahatlıq gətirir, eləcə də kortizol səviyyəsini aşağı salır və bir çox başqa psixoloji təsirlər göstərir.

Harvard Universitetinin fəlsəfə üzrə professoru Merilin Ştilç duanın faydasını inkar etmədiyini deyib:

“Mənə aydındır ki, dini və mənəvi təcrübə arasında müsbət əlaqə və müxtəlif parametrlərdə sağlamlıq təsirləri mövcuddur".

Miras Fondunun tədqiqatçıları dua haqqında bunları deyib:

"Dinin psixoloji vəziyyətə, davranışa və sağlamlığa təsir göstərə biləcəyinə dair bizim məntiqli bir səbəbimiz var".

Odur ki, duanın təsirinə şübhə etmək olmaz. Faktiki olaraq, 2019-cu ildə 101 tibbi məktəb öz tədris proqramlarına pasiyentlərin mənəvi inkişaf layihələrini daxil edir.

Tədqiqatçıların Allahın duaya cavab verdiyinə dair fikirləri mübahisəli olsa da, çoxları duanın insanların həyatına müsbət təsir edə biləcəyini inkar etmir. Əlbəttə ki, Allahın mövcudluğuna dair müzakirələr qeyri-müəyyən olaraq davam edəcək, amma duanın təsiri cəmiyyətimizdə həmişə alqışlanıb.

Yeri gəlmişkən, dua ilə müalicə olunmaq caizdir. Ancaq xəstəlik, sıxıntı və başqa səbəblərə görə Allahdan şəfa istəyib, dua etməklə sehr, cadu ayrı-ayrı şeylərdir. Bunları qarışdırmamalıyıq. Bu cür əməllər haramdır. Ən əsası da dərd və xəstəliklərin şəfa tapması üçün dua etmək həkimə getməyə mane deyil. İslam dini dua ilə yanaşı, müalicə olunmağı da əmr edir. Buna əsasən xəstəliyə düçar olan şəxs mütləq mütəxəssis həkimə müraciət etməlidir.(publika.az)

pia.az


Etiket: Dua

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Mikayıl Cabbarov Maqomedxan Maqomedovu təbrik etdi

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay