Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir güllə ilə üç “dovşan” vurma

Moskva Adana sazişi ilə nə məqsəd güdür?

Maksim Suçkov

“Əl-Monior”, 24.01.2019

Rusiya və Türkiyə prezidentləri arasında yanvarın 23-də Moskvada çoxdan bəri gözlənilən görüş Suriya ilə bağlı suallara cavab verməyib, amma müəyyən fikir ayrılığının olduğuna və onların həllinə dair yolu göstərib.

Prezident Vladmir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ikitərəfli ticarət dövriyyəsinin təsirli rəqəmlərini açıqlamaqla, səmimi qarşılayıb: “2018-ci ilin ilk 10 ayında ikitərəfli ticarət əvvəlki ilə nisbətən daha çox artıb. Ötən il Türkiyəyə gələn rusiyalı turistlərin sayı 30% çoxalaraq 6 milyon nəfərə çatıb… Şübhəsiz, əlaqələrimizin genişlənməsinin regional təhlükəsizliyə ciddi təsiri var.

“Həmrəyliyimiz regional təhlükəsizliyə əhəmiyyətli qatqı təmin edir”, – Ərdoğan cavab verib.

Putin Suriya Konstitusiya Komitəsinin formalaşması ilə əlaqədar Ərdoğan və Astana formatında İran prezidenti Həsən Ruhani ilə görüşləri tərifləyib. “Astana formatı hazırda Suriyadakı münaqişənin həllində ən təsirli mexanizm olaraq qalır…”

Yəqin ki, mətbuat konfransının ən vacib hissəsi Putinin Astana qrupunun işinə zərbə vurmaq üçün Avropanın səyləri barədə danışdıqları idi. Ərdoğanla görüşdən əvvəl Moskva, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələrinin BMT Baş katibi Antonio Quterreşə məktub yazdıqlarını söyləyib. Məktuba istinadən Putin müəlliflərin Steffan de Misturadan, BMT-nin Suriya elçisi vəzifəsindən ayrılmadan əvvəl, Konstitusiya Komitəsinə dair Astana qrupunun qərarlarını bloklamağı tələb etdiyini açıqlayıb.

“Şübhəsiz, biz bunu öyrəndikdə şok keçirdik, lakin səbirli olacağıq və onlarla işləyəcəyik”, – Putin deyib.

Yəqin ki, başqa bir uğur İdlibdə “birgə antiterror mübarizəsi”nin davam etdirilməsi barədə razılıqdır. Hər iki tərəf “hərbsizləşdirmə zonası”nın “Heyət Təhrir əl-Şam”ın boz zonasına çevrildiyini pisləyib. İndi İdlibdə aparılacaq xüsusi tədbirlər üzrə danışıqları davam etdirmək üçün iki ölkə hərbçilərinə tapşırıq verilir. Mümkündür ki, planın detalları Moskvada toplaşan Astana triosunun iclasıda yekunlaşdırılacaq.

“Türkiyə vəziyyətin aradan qaldırılması üçün çox şey edir, lakin terrorçu qrupların hərəkətlərini ləğv etmək üçün daha çox ikitərəfli addımlar tələb olunur”, – Ərdoğan bildirib.

Bu proses kürdlərin nəzarətində olan ərazilər və Türkiyənin “bufer zona” ideyası səbəbindən mürəkkəbləşib.

Keçən həftə Moskva bölgəyə dair narahatlıqlarını ifadə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 16-da bildirib ki, “ən yaxşı və yeganə həll bu ərazilərin Suriya hökumətinin, Suriya təhlükəsizlik qüvvələrinin və inzibati strukturlarının nəzarətinə verilməsidir”.

Putinlə danışıqlardan sonra Ərdoğan Moskva və Ankaranın Suriyanın şimalında yerləşən təhlükəsiz zonaya dair heç bir fikir ayrılıqları olmadığını vurğulayıb. Ancaq Putin Dəməşqlə kürd nümayəndələri arasında dialoqu dəstəklədiyini söyləyib. “Bu dialoq Suriya xalqının və milli birliyin möhkəmlənməsinə təkan verəcək, yalnız Suriya üçün deyil, bütün qonşu dövlətlər üçün də faydalı olacaq”.

Rusiya prezidenti, həmçinin “ABŞ-ın Suriyadan çıxması kontekstində” baş verə biləcək hadisəər barədə danışıb. Putinin sözlərinə görə, bu planlar həqiqətən yerinə yetirildikdə müsbət bir addım olacaq və hazırda Suriya dövlətinin sabitləşməsinə kömək edəcək.

Türkiyə-Suriya sərhədində “bufer zona” yaratmaq perspektivləri də müzakirə edilib.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Moskvada keçirilən görüşdən bir gün sonra Türkiyənin Suriyada “təhlükəsiz zona” yaratmaq imkanına sahib olduğunu, lakin “əməkdaşlıq etmək istəsələr, ABŞ, Rusiya və ya digərləri”ni istisna etməyəcəklərini söyləyib.

Onun sözlərinə görə, zonanın yaradılmasına dair hələ heç nə dəqiq deyil, ancaq Ankara və Vaşinqtonun fikirləri “bir neçə məqamda uzlaşmır”. O, tərəflərin Mənbicə dair müzakirəyə başladığını deyib.

Hazırda bu şəhər YPG-nin nəzarətindədir.

Çavuşoğlu, eyni zamanda, Ankara və Moskvanın, Suriya prezidenti Bəşər Əsədin vəzifədə qalmasın istisna olmaqla, Suriyaya dair siyasi qətnamədi eyni mövqedə lduğunu deyib. O, Türkiyə ilə Suriya hökuməti arasındakı dolayı təmasları təsdiqləib, lakin təfərrüatlı məlumat verməkdən yayınıb.

Bu sözlər Türkiyə ilə Suriya arasındakı Adana razılaşması barədə mətbuat konfransında Putinin açıqlaması baxımından əhəmiyyətlidir. Putin 1998-ci ilin oktyabr ayında iki ölkə arasında imzalanan müqavilənin hələ də qüvvədə olduğunu deyib. Saziş Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Müqaviləyə əsasən, Suriya tərəfi Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətinə aid öhdəliklər götürüb. Türkiyə, PKK-nı YPG və “Suriya Demokratik Qüvvələri” ilə sıx əlaqəli terror qrupu hesab edir.

Suriya, qarşılıqlılıq prinsipi əsasında, Türkiyənin təhlükəsizliyinə və sabitliyinə təhlükə yaratmaq məqsədilə öz ərazisində hər hansı bir fəaliyyətə icazə verməyəcək. Suriya silah təchizatı, logistik materiallar, maliyyə dəstəyi və təbliğat fəaliyyətinə icazə verməyəcək”.

Müqavilə, həmçinin “iki ölkənin yüksək səviyyəli təhlükəsizlik orqanları arasında birbaşa telefon əlaqəsi” və “diplomatik nümayəndəliklərinə iki xüsusi nümayəndə” daxil olmaqla, bu məsələ ilə bağlı Şam və Ankara arasında yaxın təhlükəsizlik koordinasiyasını nəzərdə tutur.

Sazşin qəbulundan 20 ildən çox müddət keçsə də, Suriya və Türkiyə PKK-nın sərhəd əməliyyatları ilə əlaqədar mürəkkəb bir yolun ağına düşür. Putin Ərdoğanı bu müqaviləni yenidən aktivləşdirməyə çağırıb. Moskva bu məsələyə dair ən az 2016-cı ildən bəri Ankara və Şam arasında danışıqlar aparır.

İki paralel barışıq – Dəməşq və kürdlər arasında siyasi, habelə Ankara ilə Şam arasında təhlükəsizlik koordinasiyasının başlanması konsepsiyası – Moskvanın Türkiyə, Suriya və kürdlərin maraqlarını uzlaşdırmağa dair yaradıcı fikridir. İdeya birinci tərəf üçün təhlükəsizliyi təmin etməyə cəhddir; “təhlükəsiz zonaya” / tampon zona isə ikinci dövlətin bütövlüyünün qorunması perspektivinə xidmət edir; üçüncü üçün muxtariyyət şəklində siyasi gələcək və təhlükəsizliyin təminini.

Planın həyata keçirilməsi çox çətin olacaqdır. Amma güc istifadəsini nəzərdə tutan ssenariyə daha yaxşı alternativ olmadıqda, Astanada keçiriləcək növbti görüşün mövzusu ola bilər.(Tərcümə: Strateq.az)

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay