Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir cənub bölgəsində qızların təhsil alması barədə: “Bu bizi ağrıdan məsələlərdəndir”

“Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur. Bu heç də yaxşı hal deyil. Cənab nazir, siz bu məsələyə necə baxırsınız?!”

Bunu Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberli deyib və Azərbaycan təhsil naziri Ceyhun Bayramovdan soruşub.

Nazir isə öz növbəsində bildirib ki, Təhsil Nazirliyi bu məsələ ilə yaxından maraqlanır: “Bu bizi ağrıdan məsələlərdəndir. Müxtəlif regionlarda mənzərə fərqlidir. Bəzi yerlərdə təhsilin səviyyəsi və keyfiyyəti şəhər məktəblərinə yaxındır. Dediyiniz regionlarda isə vəziyyət fərqlidir. Bunun üçün biz icmalarla işləyirik. Biz həm də məktəbəqədər təhsilə də xüsusi əhəmiyyət veririk. Artıq bir müddətdir valideynlərlə işləməyə üstünlük veririk. Görürük ki, bu üsul daha effektivdir. 2019-cu ildən bunu daha da genişləndirəcəyik”.

Tədbirdə iştirak edən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə də məsələyə münasibət bildirib: “Biz 26 ildir həm qızlar, həm də oğlanların bilik səviyyəsini yoxlayırıq. Görünən odur ki, bu regionlarda bəzi problemlər var. Regionlarda valideynlər 9-cu sinifdən qız uşaqlarını məktəbə qoymurlar. Biz müşahidə etmişik ki, əvvəllər bu uşaqların arasında yaxşı qiymət alanlar da var idi. Amma indi belə deyil. Valideyin düşünür ki, əgər uşaq bu vaxta qədər 2-3 qiyməti alıbsa, onda ona məktəb daha lazım deyil. Amma elə regionlar var ki, orada qızların sayı çoxdur, oğlanlar azdır”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar