Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Rusiya iş birliyi Vaşinqtonu təlaşlandırdı

Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putinin yaxın əməkdaşlıq içərisində olması və müdafiə naziri Hulusi Akar ilə MİT rəhbəri Hakan Fidanın Soçidə apardığı danışıqlar, ABŞ-ı Suriyada yeni həmlələr etməyə yönəldib

Türkiyənin Fəratın şərqinə əməliyyat hazırlıqlarını görən Pentaqon, "sərhədə müşahidə nöqtəsi” quracaqlarını iddia edib. Türkiyənin terrorizmə dair narahatlıqlarını ciddiyə aldığını deyən ABŞ-ın müdafiə naziri Ceyms Mattisin müşahidə nöqtəsi açıqlaması, Münbiçdə razılığa gəlinən ortaq yol xəritəsinə rəğmən, ABŞ-ın Türkiyəni Fəratın şərqindən uzaq saxlamaq niyyətini əyani ortaya qoyub.

Çünki Mattisin son sözləri, Fəratın şərqində ABŞ-ın rəsmi olaraq Türkiyənin qarşısına çıxması və Ankaraya meydan oxuması kimi qiymətləndirilir. Mattis, srağagün eynilə belə deyib: "Türk ordusu ilə sərhədin qarşısından tez-tez danışacağıq. Gecə və gündüz çox açıq bir şəkildə işarəli bölgələr olacaq. Beləliklə, Türklər bizim tam olaraq harada olduğumuzu aydın görəcək".

Rəsmən qonşu oldular

Mənbələr, ABŞ-ın müşahidə nöqtəsi qurmaq addımı ilə Türkiyənin Fərat şərqinə müdaxiləsinin qarşısını almağa və TSQ-nin hərəkətlərini görməyi qarşısına məqsəd qoyduğunu qeyd edir. ABŞ-ın tək tərəfli quracağı bazalar, Suriyadakı müttəfiqi PKK/PYD-yə də qoruma qalxanı olacaq. Sərhəd xəttinə qurulacaq müşahidə məntəqələri ilə ABŞ eyni zamanda Türkiyə ilə rəsmən sərhəd qonşusu olacaq. Terror təşkilatı ilə Türkiyənin arasına sədd çəkmək istəyən Vaşinqton, yoluna bundan sonra yalnız PKK ilə davam edəcəyini də açıq şəkildə elan etmiş olub. Məsələyə münasibət bildirən təqaüddə olan general-mayor Ehsan Başbozkurt bunları söyləyib:

Qeyri-səmimilik!

"Amerika səmimidirsə, Türkiyə ilə birgə hərəkət edər. Müşahidə nöqtələri birgə yaradılmalıdır. Bu nöqtələr, Türkiyənin təhlükəsizlinə qarşı ən böyük təhdidin gəldiyi Tel Abyad, Eyn əl-Arab, Resulayn və Qamışlının 15 kilometr cənubunda yaradılmalıdır. PKK/PYD terror təşkilatı bu rayonlardan tamamilə çıxarılmalı və bu bölgələr haqq sahiblərinə təslim edilməlidir. Suriyanın şimalında Türkiyəyə zəmanət verəcək təhlükəsiz bufer zona lakin belə qurulmuş ola bilər. İdlibdə Türkiyə və Rusiya əməkdaşlığı ilə təsis edilmiş olan birgə hərəkat tərzi burada da tətbiq olunmalıdır. ABŞ sözdə Türkiyə ilə yaxın əlaqə içərisində olduğunu deyir, amma qeyri-səmimiliyindən və fikir dağınıqlığından həqiqi əməkdaşlıqdan uzaq görünür. Həqiqi əməkdaşlıq edə bilmir. Münbiçdə aradan 6 ay keçməsinə baxmayaraq nəticə almamasının səbəbi də budur".(muxalifet.az)

pia.az


Etiket: Türkiyə Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay