Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmədyarova Macarıstanda orden verildi

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb

XİN-dən verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə edib, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.

Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Macarıstan Respublikasının Komandir Xaçı Ləyaqət Ordeni ilə təltif olunub.

Mükafatı azərbaycanlı həmkarına təqdim edən xarici işlər naziri Peter Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə nazir Məmmədyarova təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Nazir Məmmədyarov Macarıstan nazirinə mükafata görə təşəkkür edərək, bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Ən çox oxunanalar