Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"ABŞ-la gərginlik Türkiyənin problemi deyil"

"Türkiyə-Rusiya yaxınlaşması azğın Tramp adminstrasiyasının regiona və Türkiyəyə qarşı çirkin planlarının qarşısını alacaq"

Teleqraf.com-un suallarını Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri cavablandırıb.

- Bu gün Zəfər bayramını qeyd edən Türkiyənin hazırki durumunu necə qiymətləndirirsiniz?

- Bu gün önümüzdə güclü, böyüyən və qlobal güc səviyyəsinə çatmaq istəyən Türkiyəni görürük. Türkiyənin 2023, 2053 və 2073-cü il hədəfləri hər kəsə bəllidir, bütün təzyiqlərə, məhdudiyyətlərə və süni terror təhdidlərinə baxmayaraq öz hədəflərə doğru irəliləyir. Bir neçə il bundan öncəki Türkiyə ilə bugünkü Türkiyə arasında çox böyük fərqlər mövcuddur. Qardaş ölkə hazırda müstəqil geosiyasi xətt yürüdür, bölgədə, hətta qlobal səviyyədə öz sözü olduğunu, dünyada bir çox proseslərin Türkiyəsiz həll olunmayacağı gerçəyini ortaya qoyur.

Belə bir Türkiyə qardaş Azərbaycanı da qürurlandırır. Çünki güclü Türkiyənin varlığı həm də güclü Azərbaycan anlamına gəlir.

Türkiyə müdafiə sənayesi nöqteyi-nəzərindən ən güclü silahları özü istehsal etməyə başlayıb. Dünənə kimi Qərb müttəfiqlərindən 85 faiz asılı olan Türkiyə bu gün 65 faiz ehtiyacını özü təchiz etməyə başlayıb. Türkiyənin güclü olmasından narahatlıq keçirən dırnaqarası müttəfiqlərin varlığı onu deməyə əsas verir ki, qardaş ölkə doğru yoldadır.

- ABŞ-la Türkiyə arasında yaşanan gərginliyinin həllini necə görürsünüz?

- ABŞ-la gərginlik Türkiyənin problemi deyil. Çünki ABŞ bu gün naşı və soyğunçu siyasətlə idarə olunur və bu, Birləşmiş Ştatların xarici siyasətində də özünü bariz nümayiş etdirir. ABŞ-ın xarici siyasətlə təkcə Türkiyə ilə deyil, qlobal güclər olan Rusiya, Çin, eyni zamanda NATO, Avro-Atlantik gücün tərkib hissəsi olan Avropa Birliyi ilə çox ciddi problemlər yaşayır. Bunların müqabilində ABŞ getdikcə təklənməkdədir.

Bu yanlış siyasət barədə artıq ABŞ-ın yüksək tribunalardan çağırışlar edilməkdədir. Qanunverici orqan olan Konqresin hər iki palatasında Tramp administrasiyasının səhv xarici siyasət yürütməsi ilə bağlı tənqidi fikirlər eşidilməkdədir.

Çox keçməz, ABŞ çöküşə doğru sürətlə irəliləməyə davam edəcək. Birləşmiş Ştatların parçalanması məsələsi müzakirə mövzusudur. ABŞ-ın bir neçə əyaləti Birləşmiş Ştatların vahid dövlət çərçivəsindən çıxmaq və azad subyekt olmaqla bağlı referendum keçirmək istəyir. ABŞ-da vətəndaş qarşıdurması təhlükəsi var. Noyabrda keçiriləcək ara seçkilərindən sonra Trampı müdafiə edən Respublikaçı Partiya Konqresdəki seçkiləri udarsa, bu, ABŞ-da çox ciddi daxili qarşıdurmalara gətirib çıxara bilər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Türkiyə ilə münasibətlərdə Türkiyəni günahlandıranlar yanlış yoldadırlar, Türkiyənin bu məsələdə heç bir günahı yoxdur. Müstəqil siyasət yürüdərək ABŞ-ın Türkiyə üçün süni şəkildə yaratdığı terror təhlükəsini dəf etmək üçün bir sıra qərarlar vermək, güclənmək və hərbi sənayesini inkişaf etdirmək haqqı var. Türkiyə təhlükəsizliyini təmin etmək üçün hava hücumundan müdafiə sistemləri almaq hüququnu qoruyur və Rusiya ilə S-400 raket sisteminin tədarükü ilə bağlı müqavilə imzalayıb.

Məhz buna görə ABŞ Türkiyə ilə münasibətləri gərgin müstəviyə daşıyıb. Bunlar Türkiyəyə sanksiya tətbiq etmək üçün düşünülmüş bəhanələrdir. Valyuta və faiz problemləri yaradılır, ancaq çox yaxın zaman çərçivəsində bütün dünya görəcək ki, Türkiyə bu imtahandan da üzüağ və güclənərək çıxacaq.

Hesab edirəm ki, yenə də itirən ABŞ olacaq. Çünki dünyanın mərkəzi olan, hərbi cəhətdən dördüncü qüdrətinə sahib ölkəni itirmək ABŞ-ın gələcəyi üçün strateji səhv olardı ki, buna doğru irəliləyir.

- Son vaxtlar Türkiyə ilə Rusiya hərbi generalları arasında görüş və telefon danışıqları intensivləşib. İki ölkənin hərbi aspektdə yaxınlaşmasının perspektivini necə dəyərləndirirsiniz?

- Əslində bu, Türkiyənin məcburi davranışıdır. Çünki Türkiyənin dırnaqarası müttəfiqləri hərbi çevrilişlə hakimiyyəti dəyişmək, vassal dövlətə çevirmək istəyirlərsə, cavab olaraq türk xalqı və hakimiyyəti hansı addımı atmalıdır? ABŞ dünənə kimi hesab edirdisə, Türkiyənin ABŞ-dan başqa alternativi yoxdur, əksinə Ərdoğan hakimiyyəti müstəqil siyasi qərarlarla və Rusiya ilə yaxınlaşmaqla göstərdi ki, alternativsiz deyil.

Suriyada ABŞ dağıdıcı rol oynasa da, Türkiyə-Rusiya-İran yaxınlaşması gərginliyi azaltma bölgələri yaratmaqla nisbətən isti müharibəyə son qoyub. Bu gün Suriyada yeni Konstitusiyanın yaradılması problemləri ciddi şəkildə müzakirə olunur. Bu yaxınlaşmanı həm də regionda, Yaxın Şərqdə sabitliyi təmin etmək üçün Türkiyənin atdığı ən doğru addımlardan biri kimi dəyərləndirmək lazımdır. Türkiyə iqtisadi, ticari, hətta hərbi yöndə də Rusiya ilə əməkdaşlıq etməkdədir.

Türkiyə-Rusiya yaxınlaşması azğın Tramp adminstrasiyasının regiona və Türkiyəyə qarşı çirkin planlarının qarşısını alacaq.

- Yeri gəlmişkən Ərdoğan-Putin-Ruhani görüşünün vaxtı və məkanı dəqiqləşib. Sentyabrın 7-də Tehranda üçtərəfli zirvə görüşü keçiriləcək. Bu sammitdən gözləntiləriniz nələrdir?

- Əsas məqsəd Suriyada stabilliyi təmin etməkdir. Bu gün Əsəd rejiminin əlində olmayan yeganə bölgə İdlibdir. Bu bölgədə 3,5 milyondan çox əhali yaşayır. Əsəd rejiminə müxalifətdə olan güclərin əlində olan bölgə də məhz İdlibdir. Əsəd rejimi düşünür ki, İdlibi əldə edərsə, öz hakimiyyətini bütün Suriya üzrə bərqərar etmək üçün heç bir problemi qalmayacaq. Onu da nəzərə almaq lazımdır ki, İdlibi almaq Əsəd rejiminin hərbi gücünün qüdrətində deyil.

Əsəd rejimini İdlibə qarşı hərbi əməliyyatlara təhrik edən tək güc İrandır. Türkiyə də bunu bildiyi üçün Rusiya ilə müəyyən diplomatik danışıqlar aparmaqla hücum əməliyyatının qarşısını almaq istəyir. İranın dəstəyi ilə Əsəd rejimi hücuma başlayarsa, 3 milyon yarım insan dərhal Türkiyə sərhədlərini keçəcək. Nəticədə Türkiyə milyonlarla qaçqını qəbul etmək məcburiyyətində qalacaq ki, bu da bölgədə böyük humanitar faciə yaradacaq. Bu, Türkiyənin problemindən çıxıb Avropanın probleminə çevriləcək.

Milyonlarla insan Türkiyədə yerləşə bilmədiyi üçün Avropaya üz tutacaq və miqrasiya problemi yaşanacaq. Bu proses gələcəkdə Avropa Birliyinin dağılmasına kimi gedib çıxa bilər. Türkiyə hərəkətə keçərək üçtərəfli zirvə görüşünün olmasını tələb etdi. Sentyabrın 7-də Tehranda liderlərin iştirakı ilə sammit baş tutacaq. Türkiyə çalışacaq ki, Rusiyanın dəstəyi ilə ən azı bu hərbi əməliyyatın qarşısını alsınlar. Paralel olaraq Türkiyə B variantını dövriyyəyə salır.

-Yəni?

- Danışıqlar nəticəsində bu hərbi əməliyyatların qarşısını almaq mümkün olmasa, Türkiyə zirehli texnika birliklərini və çevik qoşunlarını İdlibə və digər bölgələrə yerləşdirəcək. Hücum olacaqsa, Türkiyə hərbi cəhətdən hərəkətə keçmək üçün dərhal düyməyə basacaq.

Düşünürəm ki, hər bir halda sentyabrın 7-də Türkiyə hərbi əməliyyatların qarşısını alan siyasi qərara nail olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

Ən çox oxunanalar