Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taxıl sahələrini yandıran şəxslər saxlanılıb

Şabranda iyulun 29-da rayonun Dağbilici və Xəlfələr kəndləri ərazisində, avqustun 5-də isə Taxtakörpü kəndində biçilmiş taxıl sahələri yandırılıb

Aparılan araşdırmalar zamanı həmin yanğınların ehtiyatsızlıqdan törədildiyi və nəticədə biçilmiş taxıl, eləcə də quru otlaq sahələrinin yandığı məlum olub. Yanğınların baş verməsinə səbəb olan Asəf Qasımov və Elşən Hacıyev saxlanılıblar.

Onlar sahələri yandırmaq məqsədlərinin olmadığını, yanğının ehtiyatsızlıqdan baş verdiyini bildiriblər. Həmçinin tutduqları əməldən peşman olduqlarını qeyd ediblər.

Saxlanılan şəxslər barəsində inzibati qaydada qanunauyğun tədbirlər görülüb.

Şamaxıda isə sahələri yandıran 2 yeniyetmə saxlnılıb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən Çuxuryurd kəndində bir neçə gün öncə baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, yanğın 13 və 14 yaşlı 2 yeniyetmə tərəfindən törədilib. Polis şöbəsinə gətirilən yeniyetmələr bildiriblər ki, həmin əraziyə böyürtkən yığmağa gediblər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Kollar yığıma çətinlik yaradıb və yeniyetmələr işlərini asanlaşdırmaq üçün kolları yandırıblar. Alov gücləndiyindən söndürməyə çalışıblar, amma buna nail ola bilməyiblər. Çarəsiz qalan yeniyetmələr qaçaraq ərazidən uzaqlaşıblar. Yanğın biçilmiş taxil sahələrinə keçərək 2 hektar ərazini əhatə edib. Saxlanılanların valideynləri də polis şöbəsinə dəvət olunub və onlar barəsində inzibati protokollar tərtib olunmaqla yanaşı, maarifləndirici söhbətlər aparılıb.

Sahələri yandıranlara qarşı tədbirlər bundan sonra da davam etdiriləcək. (xezerxeber.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar