Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılmasını tələb etdi

Müsavat Partiyası bəyanatla çıxış edib.

PİA.az həmin bəyanatı təqdim  edir:

"Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin başçısı olaraq neytral mövqe tutmaq əvəzinə, birmənalı şəkildə Ermənistanın müdafiəçisi kimi çıxış edir.

“Türkiyənin savaş ritorikası Azərbaycanı Dağlıq Qarabağı hərbi yolla ələ keçirməyə cəsarətləndirir”- deyən E.Makron, erməni təbliğatının təsirinə düşərək, heç bir dəlil-sübuta malik olmadan Azərbaycan ordusunda “suriyalı islamçıların” iştirakı barədə absurd iddia irəli sürüb.

E.Makron bilməlidir ki, Qarabağ Azərbaycan ərazisidir və onun işğaldan azad olunması hər bir azərbaycanlının ümid və arzusudur. Marsel, Lion, Bordo fransızlar üçün nə qədər doğma və vazkeçilməz ərazidirsə, Qarabağ da Azərbaycan xalqı üçün o qədər doğma və müqəddəsdir. Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayıb və barışmayacaq. Azərbaycan xalqı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətini, xüsusən Xocalıda törədilən qətliamı bağışlamayıb və hər hansı bir ölkənin ritorikası onun bu mövqeyinə təsir göstərə bilməz.

10 milyon əhalisi olan Azərbaycan dövlətinin öz ərazilərini, əhalisi ondan təqribən 4 dəfə az olan Ermənistanın işğalından azad etmək üçün hansısa başqa ölkədən silahlı dəstələr gətirməsinə ehtiyacı yoxdur.

Müsavat Partiyası xatırladır ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasını tələb edən 4 qətnamə qəbul edib və bu sənədlərin hər birinə Fransa da səs verib. Azərbaycanın öz ərazi bötüvlüyünü bərpa etmək üçün apardığı mübarizə beynəlxalq hüquqa əsaslanır.

Müsavat Partiyası E. Makronun ermənipərəst mövqeyini qətiyyətlə pisləyir, bu münaqişədə neytral mövqe sərgiləmədiyi üçün Fransanın ATƏT-in Minsk Qrupu həmsədrləri tərkibindən çıxarılmasını tələb edir.

Müsavat Partiyası bir daha beynəlxalq birliyə müraciət edərək, bu gün də dinc əhalini atəşə tutmaqda davam edən Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinə son qoyulması üçün təsirli tədbirlər görməyə çağırır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Ən çox oxunanalar