Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müğənninin evdən qovulan bacısı: “Nankor adamdan nə gözləyim?!“ 

Onlarla heç bir əlaqəm yoxdur...

Əməkdar artist Vasif Məhərrəmli ilə uzun illər onunla yaşayan bacısı Leyla arasında dava düşüb. 

PİA.az axşam-a istinadla xəbər verir ki, müğənni bacısını evdən qovub. 

Məsələni araşdırmaq üçün Leyla xanımla əlaqə saxladıq. 

O, açıqlamasında bildirib ki, artıq 2 ildir qardaşı ilə danışmır və tək yaşayır: 

"Vasif qardaşım idi... Bunu gizlətməyəcəyəm, onsuz xəbər bir yerdən çıxacaq. Bilən də bilir bunu... Onun qızı Əfşanı böyütdüm, 18 yaşında universitetə qəbul oldu. Ondan sonra dedilər ki, artıq bizə lazım deyilsən. Onlarla heç bir əlaqəm yoxdur. Hər qayğısını çəkdim, evləndirdim, övladı oldu. 

Onunla görüşmək istəyim də yoxdur. Nankor adamdan nə gözləyim?! İnsan təkdirsə, onu heç bir maddiyat rahatlata bilməz (ağlayır). Ömrümün çoxunu, bütün həyatımı onlara həsr etdim". 

Leyla xanım əlavə edib ki, V.Məhərrəmlinin övladları da onunla danışmır: 

"Qız anasız qalanda 1 yaş 2 aylıq idi, 35 yaşında idim. Həyatımı ona həsr etdim, baxıcı belə tutmadım. Karyeramı, həyatımı, sənətimi qurban verdim. Heç qızla da əlaqəm yoxdur. Özüm Bakıda qalıram, evim var. İşləyirdim, qıza görə işdən çıxdım. Onun hazırlıqları, məktəbi, universitetə daxil olması ilə məşğul idim. Bütün fikrim ona yönəlmişdi, böyüdürdüm". 

Qeyd edək ki, Leyla illər əvvəl açıqlamasından birində Vasif Məhərrəmliyə və qızına görə ailə qurmadığını demişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Biləsuvar sakini bədbəxt hadisə ilə üzləşib, 4 barmağı amputasiya olunub

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay