Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin maaşlarına əlavələr olacaq?

2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqı 800 manatdır. 2023-cü ildən bu günə kimi 50 minə qədər müəllim sertifikasiya qiymətləndirməsindən keçib...

Bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.

O qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır.

"Bu, o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alır və bu da onun yüksək əməkhaqqı almasına imkan verir. Bir məqamı qeyd edim ki, dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Hazırda Bakı şəhərində 8965 müəllimin əməkhaqqı 600-1000 manat, 476 müəllimin əməkhaqqı isə 1500 manatdan yuxarıdır. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əməkhaqqı 800 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 2022-2023-cü ildə edilən artımlardan sonra müəllimlərin əməkhaqqı orta hesabla 77 - 99 manat artıb. İndi pedaqoji stajı 3 ilə qədər olan və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 662 manat, pedaqoji stajı 18 ildən çox olan və və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 794 manat əməkhaqqı alır.

Sertifikasiya ilə bağlı mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır.

Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 mininin əməkhaqqında 35 faiz artım olacaq. Yəni imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq.

Amma düşünürəm ki, müəllimlərin sosial vəziyyəti ilə bağlı daha ciddi addımlar atmaq lazımdır. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi təhsilin inkişafına ciddi şəkildə müsbət təsir göstərər", - deyə K.Əsədov bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

AVRO-2024: Niderland - İngiltərə matçı öncəsi dava düşüb

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur? – MMC-ni Mahir Abbaszadə ilə nə kimi tellər bağlayır?

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Ən çox oxunanalar